• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəstələrə şəfa verən möcüzə-uşaq

  • Maraqlı
  • 25 Avqust 2014 12:10
  • 692 Baxış
Xəstələrə şəfa verən möcüzə-uşaq

Laos və Vyetnamdan olan minlərlə xəstə insan, qeyri-adi bacarığı olan möcüzəli uşağın yaşadığı Kambocaya yollanır.

Bu, iki yaşlı uşaq şəfa axtaranlar üçün son ümid yeridir.

Səhiyyə sisteminin zəif inkişaf etdiyi Kambocada xəstə insanlar ümid işığını iki yaşlı Konq Kenqdə görür.

Möcüzə-uşaq bir otaqlı evdə valideynləri ilə yaşayır. Hər il onun evinin yanında yüzlərlə insan toplaşır. İnsan kütləsi, adətən, əlil arabasında gəzənlər, hərəkət imkanları məhdud olanlar və xərəklə gətirilən ölümcül xəstələrdən ibarətdir.

Hər kəs balaca loğmanın ona toxunması üçün növbə gözləyir. Bundan sonra azyaşlının anası xəstələrə evkalipt balzamı verir. "Sehrli" məlhəmi alan xəstələr bundan sonra evinə yollanırlar. Balacanın müalicə üsulu onun qohumları tərəfindən təsadüfən aşkarlanıb.

Uşağın dayısı deyib: "İlk möcüzə mənim qardaşımla başladı. O, avtomobil qəzasına düşərək iflic olmuşdu. Heç bir həkim ona kömək edə bilmirdi. Konq qardaşımdan nə olduğunu soruşdu. Qardaşım isə ona avtomobil qəzasına düşərək iflic keçirtdiyini dedi. Bundan sonra balaca Konq bir neçə yarpaq toplayaraq onun üçün çay hazırladı. İflic olan qardaşım çayı içdikdən sonra ayağa qalxaraq yeridi".

Bu möcüzə - balaca Konqun hekayəsi bütün kəndə yayılıb. Minlərlə insan bundan xəbər tutub və hadisə ölkə qəzet və mətbuatında yazılıb.

Kənd ağsaqqalı deyib: "Konqun hekayəsi yayıldıqdan sonra kəndə 20 min insan gəlib və onlardan 1000 nəfəri sağaldıb. Mən danışa bilməyən, iflic olan insanlar görmüşəm. Onların hamısı şəfa tapıb".

Evkalipt yarpaqlarından hazırlanmış məlhəm pulsuz olsa da, oğlanla görüş pulludur. Oğlanla təkbətək görüşən insanlar 2-3 dollar ödəməlidir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR