99 yaşlı nənə afrikalı qızlara paltar tikir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

99 yaşlı nənə afrikalı qızlara paltar tikir – FOTOLAR

ABŞ-ın Ayova ştatında yaşayan 99 yaşlı Lilian Veber dünyada ən səxavətli insanlardan biridir. Bir neçə ildir ki, bu mərhəmətli qadın Afrikada yaşayan kasıb qızlar üçün paltar tikir. Bu geyimlər regionda ehtiyacılara geyim paylamaqla məşğul olan "Little Dresses For Africa" qeyri-kommersiya xeyriyyə cəmiyyətinə verilir.

Lilianın ən böyük məqsədi gələn ilin mayın 6-da baş tutacaq 100 illiyinə mindən çox paltar tikməkdir. Hesablamalara görə, əliaçıq nənə bu vaxta qədər 840-dan artıq paltar tikib. Lilianın sözlərinə görə o, gündə 2 paltar tikə bilər. Lakin gündə bir geyim hazırlayıb onu müxtəlif sap və bəzəklərlə işləyir. Nənənin fikrincə, paltarları hədiyyə alan hər bir balaca qız öz geyimi ilə fəxr edə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm