Ana qızına arıqlamaq üçün qurd verdi
Bizi izləyin

Bilgi.az

Ana qızına arıqlamaq üçün qurd verdi

Lakin Amerikada yeniyetmənin bağırsağından çıxanlar tibb işçilərini diksindirib.

Florida ştat xəstəxanasına qarnı şişkin yeniyetmə qız çatdırılarkən həkimlər onun hamilə olduğunu düşünərək USM-ə göndərib. Lakin onun analığında heç bir embrionun olmadığı müəyyən edilib.

Tibb bacısı deyir: "Biz qıza nə olduğunu aydınlaşdıra bilmirdik. Onun bağırsağında nəsə böyük bir şeyin olması məlum idi. Bu sirri tapmaq üçün artıq bir neçə mütəxəssis də gəldi, lakin hər şey sonradan öz-özünə məlum oldu".

Belə ki, qız xəstəxanada ayaqyoludan istifadə edib. Bir neçə dəqiqədən sonra ayaqyoludan qışqırıq səsləri gəlib. Səsə qaçan həkimlər ayaqyoluda gördüklərindən dəhşətə gəlib. Qızın istifadə etdiyi unitazda külli miqdarda iri bağırsaq qurdları olub.

Həkim deyir: "Unitaz lentvari qurdlarla "qaynaşırdı". Bu dəhşətli idi. Solityor qurdları inanılmaz dərəcədə uzun idi, onlar hətta unitazdan kənara çıxmaq üçün sürünürdülər".

Tibb bacısı heyrətə gəlmiş qızı sakitləşdirərək, qurdların çıxdığını bildirib. Lakin həkimlər ana və qızı qurdun bədənə necə düşməsini araşdırmamış buraxmaq istəməyib.

Həkim Mariya Kabral-Osorio deyib: "Qızın necə yoluxması bizə çox maraqlı gəldi. Biz bu sualı verərkən anasının ağardığını gördük. Bundan sonra ana qızına yaxınlaşaraq "mən çox təəssüflənirəm. Mən sənin qamətli və zərif görünmən üçün bunu etdim. Qarşıda sənin teatr çıxışların var idi və sənə kömək etmək istəyirdim" dedi. Biz qulaqlarımıza inana bilmədik və düzgün başa düşdüyümüzü aydınlaşdırmaq istədik. Cavabında isə qadın qurdların qıza məcburən içirtmədiyini deyib. Ana ona qurd yumurtalarından ibarət həb verib.

Arıqlamaq üçün qurd yumurtalarını udan qız tezliklə iştahadan kəsilib. Bundan sonra qurd fəaliyyətə keçərək bağırsaqlarda məskunlaşıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm