25 min insan “Facebook”u məhkəməyə verdi
Bizi izləyin

Bilgi.az

25 min insan “Facebook”u məhkəməyə verdi

Macarıstan məhkəməsi 25 min avropalı istifadəçisinin işinə baxılması üçün "Facebook" sosial şəbəkəsinə 4 həftə vaxt verib.

Kütləvi tələblə çıxış edənlər iddia edir ki, sosial şəbəkə onların şəxsi informasiyaları haqda qanunu pozub və bunun müqabilində 500 avro dəyərində kompensasiya tələb edilir.

Kütləvi iddiaların təşkilatçısı Avstriyadan olan 26 yaşlı tələbə-hüquqşünas Maks Şrems olub. Macarıstanın kommersiya məhkəməsi iddianı rədd etsə də, paytaxt məhkəməsi qəbul edib və iddiaçıların tələblərinin həyata keçirilməsi üçün əlindən gələni edəcəyi bildirib.

Maks Şrems sosial şəbəkəni məhkəməyə vermək üçün bir neçə bənd hazırlayıb. Onlardan biri də, "Facebook"un Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlığıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm