• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Marsda yaşamağa hazırlaşanlar ...

  • Maraqlı
  • 25 Avqust 2014 19:52
  • 456 Baxış
Marsda yaşamağa hazırlaşanlar ...

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Marsa ilk mərhələdə göndəriləcək 40 nəfər oradan geri qayıtmama ehtimalını qəbul edib. Onlardan ən gənci 19, ən yaşlısı isə 34 yaşındadır. Səyahətçilərin əksəriyyəti tələbələrdir.

Qeyd edək ki, 100 min könüllüdən 30 mini ABŞ-dan müraciət edib. Digərlərindən isə 1-i qadın olmaqla 11-i türkdür.

2022-ci ilin sentyabr ayında yola çıxması planlaşdırılan namizədlər 6 ay kosmik gəmidə uçacaqlar. Yol müddətindən sonra onların 18 ay Marsda qalması nəzərdə tutulub. Daha sonra isə səyahətçilərin yenidən 6 ay müddətində yerə qayıdacaqları gözlənilir. Ümumi səyahət müddəti 30 ay olacaq. Seçimlər və səyahət televiziyada yayımlanacaq.

Bu səyahəti həyata keçirəcək şirkətin mərkəzi Danimarkadadır. Onlar bildiriblər ki, sözügedən layihə üçün 6 milyard dollar tələb olunur.

İkinci mərhələ isə (növbəti 40 nəfər) 2 il sonra həyata keçiriləcək.

Ölkələrinin rifah halına görə, namizədlər müxtəlif miqdarda pul ödəməlidirlər. Məsələn, amerikalılar 38, əfqanlar 5, türklər isə 15 dollar ödəməlidir.

Elm adamları insanların yolda və Marsda yaşayacaqları dövrdə qidalanma məsələsini həll etmək üçün araşdırmalar aparırlar. Onlar ilk olaraq yol üçün menyu hazırlamağa çalışırlar. 6 ayda 8 nəfərlik bir astronavt qrup üçün planlaşdırılan menyu həm sağlam qidalanma, həm də insanların şən olmasını təmin etməlidir.

İki il yarımlıq səyahətdə kosmik gəminin soyuducusuna bir ailə üçün 3 illik qidanın yerləşdirilməsi lazımdır. Bu da hələ ki, mümkün deyil. Araşdırma qrupundan Maya Koper bildirib ki, Mars uzaq olduğundan əlavə kosmik gəmi vasitəsilə ora hər 6 ayda ərzaq göndərmək mümkün deyil.

Marsa gedənlərə 100-ə yaxın çeşiddə qida məhsullarının hazırlanması, dondurulması və qurudulması üçün 2 il vaxt tələb olunur. Menyuda ət və süd məhsulları olmayacaq. Çünki bu qidaların bu qədər uzun zamanda saxlanılması imkansızdır. Marsa insanlarla bərabər, bir inəyin də aparılmasına icazə veriləcək.

Orada çox az cazibə qüvvəsinin olması da elm adamlarının tərtib etdiyi qida məhsullarından ibarət menyuya təsir edir. Marsdakı vəziyyətin su qaynatmaq üçün uyğun olub-olmadığı hələ ki, testdən keçirilməlidir.

Orada "yaşıl ev" yaradılacaq ki, burada insanlar meyvə-tərəvəz əkə biləcəklər. Marsda torpaq əvəzinə minerallarla zəngin sudan istifadə olunması planlaşdırılır. Alimlər bunun öhdəsindən gələ bilsələr, insanlar Marsda təzə qidalardan istifadə edə biləcəklər.

Namizədlər həm yazılı, həm də videogörüntü ilə özləri barədə məlumat verib, niyə belə bir layihəyə qoşulmaq istədikləri barədə danışıblar.

24 yaşlı Fatih Çam əsgər olduğunu və həyatda qala bilməyi bacardığını bildirib.

Elektron mühəndisliyi təhsili alan 19 yaşlı Dəniz isə macəranı sevdiyini vurğulayıb.

34 yaşlı Güler bədən tərbiyəsindən sonra riyaziyyat üzrə doktorantura təhsili aldığını, elmi araşdırmaları sevdiyini qeyd edib.

30 yaşlı Efe isə özünü dərk edəndən öyrənməyə meyilli olduğunu, namizədliyini dəstək üçün irəli sürdüyünü bildirib.

İngilis dili müəllimi olan 30 yaşlı Anıl Volkan dünyanı gəzdiyini, Kosmosa gedən ilk türk olmaq istədiyini deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR