Bilgi.az
Dünyanın ən uzun adamı öldü – FOTO
Dünyanın ən uzun adamı olan Leonid Stadnik avqustun 24-də dünyasını dəyişib.
Ukraynanın Jitomir əyalətində yaşamış 44 yaşlı kişinin boyu 2 metr 57 santimetr olub. O, beyinə qansızmadan vəfat edib.
Rekordçu kolxozda veterinar kimi çalışıb və evlənməyib. Stadnik 12 yaşından etibarən baş beynin hipofiz vəzində xoşxassəli şişdən əziyyət çəkib. Elə bu səbəbdən də, Stadnikin boyu dayanmadan uzanıb. O, bir neçə cərrahi əməliyyat da keçirib.
Stadnikin geyiminin ölçüsü 70, ayaqqabısınınkı isə 62 olub. Onun geyim və ayaqqabıları sifariş əsasında hazırlanırmış. Həmkəndliləri isə "divin" mehriban və qayğıkeş olduğunu deyiblər.
Stadnik rəsmi rekordçu hesab edilməyib, çünki o, Ginnesin rekordlar kitabı ilə əməkdaşlıqdan imtina edib. Rəsmən isə dünyanın ən uzun rəsmi adamı türk əsilli Sultan Kesen hesab edilir. Lakin faktiki olaraq Stadnik ondan 6 santimetr uzun olub.
Nura
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!