Bu kitab qadınlara ziyandır
Bizi izləyin

Bilgi.az

Bu kitab qadınlara ziyandır

Miçiqan Universitetinin alimləri E.L Ceymsin "Bozun 50 çaları" trilogiyasının qadınlara necə təsir etdiyini öyrənib. Onların fikrincə, bu kitab qadınlarda alkoqolizm, həmçinin də əyyaşlığa meyilli davranışa və həzm sisteminin sıradan çıxmasına səbəb olur. Aparılmış tədqiqatda yaşı 18-24 arası olan 655 qadın iştirak edib.

Araşdırmanın nəticələrinə görə, novellanın birinci hissəsini oxuyan qadınların 25 faizi onların üstünə qışqıran partnyorlarına qarşı səbirlidir.

Bütün trilogiyanı oxumuş qadınların 65 faizi ayda 6 və daha çox içki qəbul edib. Bundan əlavə, qadınların 63 faizi içkili vəziyyətdə sekslə məşğul olub. Bu azmış kimi, eyni vaxtda müxtəlif kişilərlə sekslə məşğul olan qadınlar da olub.

Bununla belə, tədqiqata rəhbərlik edən professor Emi Bonemi kitaba qadağa qoymaq niyyətində deyil.
"Bozun 50 çaları" romanı ilk dəfə 2011-ci ildə nəşr edilib. Romanda sahibkar Kristian Qreylə universitet məzunu Anasteyşa Stil arasında olan münasibətlərdən danışılır. Əsərdə seksual səhnələr müfəssəl təsvir edilib. Kitab ilk dəfə nəşr olunarkən 30 milyon tirajla satılıb. 2015-ci ildə isə kitab əsasında çəkilmiş film ekranlara çıxacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm