Sükan arxasında saç düzəltmək və bəzənmək qadağan olundu
Bizi izləyin

Bilgi.az

Sükan arxasında saç düzəltmək və bəzənmək qadağan olundu

Birləşmiş Ərəb Əmirliyində sükan arxasında oturmuş qadın sürücülər hərəkət zamanı makiyaj edərsə və ya saçını düzəldərsə, min dirhəm (təxminən 272 dollar – red.) cərimə ödəməlidir.
Bu haqda xəbəri "Khaleej Times" verir.

Qadın sürücülər barədə göstərişi BƏƏ-nin daxili işlər naziri yayıb. Mətbuatın verdiyi xəbərə görə, qadınların avtomobilin hərəkəti zamanı saç düzətməsi və ya kosmetik vasitələrdən istifadə etməsi yolda təhlükə yaradır. Sürücü cərimə olunacaq və onun avtomobili 1 aylıq müsadirə ediləcək.

Nəqliyyat şöbəsindən verilən məlumata görə, sükan arxasında bəzənmək telefonla danışmaqdan daha təhlükəlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm