Eynəklərə son – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Eynəklərə son – FOTOLAR

Yeni ixtira edilmiş texnologiya sayəsində görmə qabiliyyəti zəif olan insanlar optik eynəklərlə vidalaşacaqlar.

Məlum məsələdir ki, insan yaşlandıqca görmə qabiliyyəti zəifləyir, uzaq məsafədə yerləşən obyektlərə fokuslana bilmir.

"ReVision Optics" mütəxəssisləri mikroskopik implantant, göz bəbəyinin buynuzlu qişasına yerləşdirilir. Bu yolla insan uzaqdakı obyektə fokuslana bilir. Bu implantant Böyük Britaniyada ilk dəfə olaraq 57 yaşlı Linda Marenqiyə yerləşdirilib. Əməliyyat cəmi 10 dəqiqə çəkib və bundan sonra qadın ümumiyyətlə eynək taxmayıb.

Bu vaxta qədər oftalmoloqlar gözə lazer əməliyyatı həyata keçirməyi təklif edib. Lakin lazer əməliyyatından sonra da xəstələr pis işıqlanma şəraitində eynəyə əl atmalı olmuşdular. Bundan əlavə, nəticə sonadək özünü doğrultmurdu. Damcı şəklində olan implantant isə vəziyyəti kökündən dəyişir. İmplantant kontakt linzaların tərkibində istifadə edilən hidrogeldən hazırlanıb. Hidrogelin 80 faizini su təşkil edir. İmplant gözə yerləşdirilərkən heç bir ağrı olmur. Əməliyyatın qiyməti 4136 dollardır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm