Təyyarədə uçarkən nələri bilmək lazımdır?
Bizi izləyin

Bilgi.az

Təyyarədə uçarkən nələri bilmək lazımdır?

Uzun illərdir ki, sərnişin təyyarəsi qalxan və enən zaman sərnişinlərə telefon, kompüter və bu kimi texnologiyaları söndürmək kimi qaydalara əməl etmək tövsiyə edilir. Səbəbi isə bu kimi texnologiya vasitələrinin təyyarə naviqasiya qurğularının işinə maneə törətməsindədir.

Lakin "Qantas" və "Virgin Australia" hava yolları texnoloji qurğuların maneə törətməsi haqda yayılan əfsanələri kənara qoyaraq, sərnişinlərə telefon və kompüterdən istifadə etməyə icazə verir.

Publika.az təyyarə uçuşları ilə bağlı olan nəyin doğru olub-olmadığını diqqətə çatdırır:

  1. Pilotlar insan ifrazatını havaya boşaldır: yalandır.

İnsan ifrazatı təyyarə yerə enənə qədər rezervuarda saxlanılır. Rezervuar yalnız xarici təsir nəticəsində boşalır. Buna görə də fiziki təsir olmadan pilot təyyarə rezervuarını səmada boşalda bilməz. Lakin çox vaxt insanlar göydən "mavi buzun" düşdüyünü deyirlər. Onlar güman edir ki, ifrazat mavi kimyəvi məhlulla qarışdırılır və yüksək hava təbəqəsində buzlaşaraq yerə düşür. Lakin bu heç də belə deyil. Araşdırmalar nəticəsində "mavi buzun" quş ifrazatı olduğu məlum olub.

  1. Təyyarədə ayaqyoluda oturaraq yuyunarkən orada ilişib qala bilərsiniz: tamamilə yalandır.

Sizin bədən ölçüləriniz çox iridirsə belə, yenə ayaqyoluda ilişib qala bilməzsiniz. Bu da mümkün olan iş deyil.

  1. Oksigen maskaları sizi bihuş edə bilər: yalandır.

Bred Pittin "Döyüş Klubu" filmində təyyarədə oksigen maskasını geyinməklə bihuş olur. Lakin bu, filmdir.

  1. Su içərkən ehtiyatlı olmaq lazımdır: doğrudur.

Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, hər 7 təyyarədən birində su içərkən təhlükəsizlik standartlarına əməl edilmir. Bəzi təyyarələrdə su ehtiyatının tərkibində bağırsaq çöpləri olur. Bu su sərnişinlərə içmək üçün təklif edilir. Hətta bu sudan çay və kofe hazırlamaqda da istifadə edilir. Təyyarədə su kifayət qədər qaynadılmır.

  1. Təyyarənin içində olan hava mikrobla zəngindir: yalandır.

Bir çoxları inanır ki, təyyarədə olan hava dövr etmir və mikroblarla doludur. Əslində isə təyyarənin göyərtəsində olan hava təmizlənir və təmiz hava təyyarənin mühərrikin kompressor bölməsindən daxil olur, döşəmənin altında qurulmuş filterlərdən keçir və filter mikrobun 94-99.9 faizini tutub saxlayır.

  1. Sizin masa mikrobla zəngindir: düzdür.

Təyyarədəki havadan xəstələnməsəniz də, ətrafda hər şeydən mikrob tuta bilərsiniz. Araşdırma nəticəsində oturacaqlara birləşdirilmiş stol-məcməyinin mikrob mənbəyi olduğunu sübut edib.

  1. Təyyarə uçarkən qapını açsanız, hava təzyiqi nəticəsində sovrula bilərsiniz: yalandır.

Təyyarə kabinəsi möhkəm sıxıldığından, bir çox insanlar güman edir ki, ehtiyat qapısı açılarsa, onlar təyyarədən çölə sovrulacaq. Lakin bu, mümkün deyil. Çünki elə bu təzyiq ehtiyat qapılarını belə, açmağa imkan vermir.

  1. İldırım vurması təyyarəni qəzaya uğrada bilər: yalandır.

Təyyarələr sınaq kimi ildırımlı havada təhlükəsizlik testini keçdikdən sonra istifadəyə verilir.

  1. Təyyarədə daha tez sərxoş olmaq olar: yalandır.

Bu fərziyyə dəfələrlə sınaqdan keçirilib, lakin təyyarədə uçarkən adi vaxtdan daha tez sərxoş olmaları ehtimalı özünü doğrultmayıb.

  1. Ayaqyoluda siqaret çəkmək qadağandır, ancaq ayaqyoluda külqabı quraşdırılıb - doğrudur.

Təyyarədə siqaret çəkmək qadağandır, buna baxmayaraq, bütün halları nəzərə alaraq ayaqyoluda külqabı quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm