• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kişiləri qadınlardan fərqləndirən maraqlı cəhətlər

  • Maraqlı
  • 27 Avqust 2014 10:29
  • 831 Baxış
Kişiləri qadınlardan fərqləndirən maraqlı cəhətlər

Kişilər bir sıra xüsusiyyətlərinə görə qadınlardan fərqlənirlər.

Əbəs yerə demirlər ki, qadınlar və kişilər sanki ayrı-ayrı planetlərdəndirlər. Publika.az kişilər haqda bir neçə maraqlı faktı nəzərinizə çatdırır.

Bilirsinizmi, kişilər məğlub olmağı sevmir? Bundan əlavə, kişilər öz keçmiş sevgilisi haqda danışmağı xoşlayırlar. Lakin onlar gender bərabərliyini pozaraq qadınların öz keçmiş sevgililərindən danışmasına əsəbləşirlər.

Kişilər qadınlara nisbətən daha tez köməyə gəlirlər. Kişilərin bədən temperaturu qadınlarınkından çoxdur.

Kişilərin 25 faizi tərəf müqabilinin narahat olmaması üçün yalan danışırlar.

Yarıçılpaq qadın və qız kişiləri tamamilə çılpaq olan kəsdən daha çox cəlb edir.

Kişilərin 30 faizi həqiqi sevgiyə inanır.

Kişilərin əksəriyyəti münasibətlər haqqında danışmağı sevmirlər.

Statistika göstərir ki, kişilər qadınlara nisbətən 3-4 dəfə daha çox alkoqol içkilərdən istifadə edirlər.

Daha çox öz xarici görkəminə diqqət edən kişilər münasibətlərdə dəyişkən olurlar.

Kişilər qadınlardan daha uzunmüddətli, çox və möhkəm gülürlər.

"Üz yaddaşı" kişilərdə qadınlarla müqayisədə daha zəif inkişaf edib.

Kişilərin 65 faizi tanışlıq zamanı qadınların təşəbbüskar olmasından məmnundur.

Kişilər qadınlara nisbətən daha tez diqqətlərini toplaya bilirlər.

Kişilər qadınlarla müqayisədə "ikinci yarısını" tapmaqda çətinlik çəkirlər. Kişilərin çox az hissəsi öz intim həyatını dostları və yaxınları ilə bölüşür.

Kişilər ismarıc və ya məktub yazmaqdansa, daha çox zəng etməyə üstünlük verir. Sizə zəng etməyi söz verib zəng etməyən kişidən narahat olmayın. Söz verib zəng etmədisə, demək, istəməyib.

Kişi işə gələrkən yoldaşının da onun köynəyindən geyindiyini görərsə, bu, onu heç də narahat etməz.

Bəzi kişilər hər 7 dəqiqədən bir seks haqqında düşünürlər.

Kişilər qadınlar kimi ürkək və səksəkəli deyillər. Qadınların mövhumata və fala inanmaları bütün kişilərdə gülüş doğurur.

Kişilərin əksəriyyəti düşünür ki, sevimli komandasına pərəstiş edən zaman qışqırıb fit çalarsa, bu, komandanın qalib gəlməsinə kömək edəcək.

Kişilərin 77 faizi evlilikdən qaçmaq üçün şəxsi evinin olmamasını bəhanə gətirir.

Kişilərin əksəriyyəti rəqqasə, stüardessa və model qızları daha çox yaraşıqlı və seksual hesab edir.

Kişilər qadınlarla söhbət edərkən daha çox öz fikirlərini müdafiə etməyi sevirlər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR