İnanılmaz qəza: tonlarla metalın altından sağ çıxdılar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnanılmaz qəza: tonlarla metalın altından sağ çıxdılar – FOTOLAR

Çin Xalq Respublikasının Xançjou şəhəri yaxınlığındakı magistral yolda dəhşətli qəza baş verib.

Betonqarışdıran avtomobil döngədə tarazlığı itirərək minik avtomobilinin üstünə aşıb. Sürücü dərhal xilasediciləri çağırıb. Ətrafa yığışanlar tonlarla metalın altında qalmış minik avtomobilindəki iki qadına kömək edə bilməyiblər. Yalnız xilasedicilər və qaldırıcı kran gəldikdən sonra onların xilası mümkün olub. Maraqlıdır ki, minik avtomobilinin tam əzilməsinə baxmayaraq, qadınlar ciddi xəsarət almayıblar.

Xatırladaq ki, analoji qəza bir neçə il qabaq Bakıda, 20 yanvar dairəsi yaxınlığında baş vermişdi. Betonqarışdıran yük avtomobili minik avtomobilinin üstünə aşmışdı. Hadisə zamanı minik avtomobilinin qadın sürücüsü dünyasını dəyişmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm