Dənizdə peyda olan naməlum işıqlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dənizdə peyda olan naməlum işıqlar – FOTOLAR

Honkonqdan Alyaskaya uçan təyyarənin pilotu Rusiyanın Kamçatka yarımadası yaxınlığında, Sakit okean üzərində naməlum işıqlar görüb.

Hollandiyalı pilot 5 saat təyyarə ilə uçduqdan sonra Sakit okeanın üzərində qırmızı işıqların fotosunu çəkib. İlkin ehtimallara görə, okean suyu vulkan püskürməsi nəticəsində qırmızı rəngə boyanıb.

Qırmızı rəng vertikal şəkildə yuxarıya doğru yönəlib. İyirmi dəqiqədən sonra qırmızı işıqlar okeanın dibinədək nüfuz edərək narıncı rəng alıb. Hətta pilot öz gördüyündən təəccüblənib və bunun nə olduğunu izah edə bilməyib.

Pilot ümid edir ki, qırmızı işıqlar okeandaxili vulkan püskürməsi olub. Çünki uçuşdan əvvəl radio vasitəsilə İslandiya, Çili və San-Fransiskoda zəlzələ baş verdiyi haqda xəbər verilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm