Dünyanın ən gözəl ada dövlətləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gözəl ada dövlətləri – FOTOLAR

İstirahət üçün kimi dağlı-meşəli ölkəyə, kimi də dənizi olan diyara üz tutur.

Yay mövsümünün son günlərini yaşasaq da, bir çox insanlar hələ də çimərliyi olan ölkələrə üz tutur.

Publika.az ən əsrarəngiz 7 ada dövlətini təqdim edir.

  1. Malta.

Malta Avropanın cənubunda Aralıq dənizi hövzəsində yerləşən zəngin tarixə və mədəniyyətə malik dövlətdir. Ölkədə möhtəşəm qayalıqlar, gəzməli məbədlər, müəmmalı körfəzlər və dalğıclıq üçün bir çox möhtəşəm yerlər mövcuddur. Maltanın tarixi hissəsində isə memarlığı, möhtəşəm divarlı şəhərlər və yeraltı tunellərlə maraqlana bilərsiniz.

  1. Filippin.

Dünyanın ən gözəl ada dövlətlərindən də biri Filippindir. Əslinə qalsa, ada-dövlətin coğrafi mövqeyi onu ilin hər günü turistlərə maraqlı gəlir. Filippin 7 min adadan ibarətdir və hər bir adanın özünəməxsus gözəlliyi var. Turistləri daha çox Tubbataha rifi, Mayon vulkanı, Banau düyü terrası, Şokolad təpəlikləri və s. kimi yerlər cəlb edir.

  1. Avstraliya.

Avstraliya hər kəsin həyatında, azı, bir dəfə ziyarət etməli olduğu füsunkar materik, ada-dövlətidir. Avstraliyanın zəngin mədəniyyəti, möhtəşəm vəhşi təbiəti, mehriban insanları turistləri bura cəlb edir. Adada turistləri diqqətini çəkəcək çimərlik, kanyon, meşə və səhralar var.

  1. Maldiv adaları..

Maldiv gözəl ada-dövlət olmaqla yanaşı, təzə ailə quranların bal ayının keçirdiyi yerdir. Hind okeanında yerləşən ada qədim vulkanın ətrafında çoxsaylı koral riflərinin sayəsində əmələ gəlib. Bu səbəbdən də, ada əsrarəngiz çimərlik və rahat istirahət ocaqları ilə zəngindir. Bal ayı üçün yaxşı yer axtarırsınızsa, o zaman Maldiv adaları sizin üçündür.

  1. Təəssüf ki, indiki dövrdə bir çox insanlar Kubanı ziyarət etməkdən boyun qaçırır. Lakin Kuba mavi dəniz, ağ çimərlik qumu, dünyada ən yaxşı koral rifləri fəxr edə bilər. Ölkənin zəngin tarixi və mədəniyyəti bir çox turistləri maraqlandıra bilər. Siz üzməyi və sualtı məşğuliyyətləri sevirsinizsə, o zaman, demək olar ki, Kuba bu sahədə birinci yerdədir.
  2. Fici.

Fici adasında macəra axtaran səyahətçilər bir çox sürprizlərlə qarşılaşacaq. Dünyada ən yaxşı sörfinq mərkəzi məhz Ficidədir və hər il yüzlərlə sörfinqsevər adanın nəhəng dalğalarına üz tutur.

  1. Yaponiya.

Şərqin Qərblə qovuşduğu, mədəniyyətlərin görüşdüyü yer axtarırsınızsa, sizin üçün Yaponiyadan yaxşısı ola bilməz. Ramen əriştəsi, suşi, heyrətamiz təpələr və Tokio turistləri cəlb edir. Alış-verişi sevirsinizsə, Tokio elə sizin üçündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm