Hiyləgər panda özünü hamilə yerinə qoydu – FOTO
Bizi izləyin

Bilgi.az

Hiyləgər panda özünü hamilə yerinə qoydu – FOTO

Çinin Çendu şəhər zooparkında maraqlı bir hadisə baş verib. Ay Xin adlı böyük bir dişi panda hamilə qalıb. Heyvanxana əməkdaşları pandanın hamiləlik dövrü və doğuş mərhələsinin canlı çəkilişlərini təşkil etmək istəyiblər. Lakin çəkilişlər ləğv olunub. Sən demə, hiyləgər panda daha çox yem əldə etmək üçün özünü hamiləliyə qoyub.

"Shanghai Daily"nin verdiyi xəbərə görə, 6 yaşlı Ay Xin ilkin hamiləlik üçün əlamətləri nümayiş etdirib: onun iştahası itib, az hərəkət etməyə başlayıb. Mütəxəssislər hətta hormonlarda da dəyişiklik baş verdiyini də müşahidə ediblər. Lakin müayinədən sonra pandanın hamilə olmadığı müəyyən edilib.

Bioloqlar bildirir ki, pandalarda yalançı hamiləlik adətən vəhşi təbiətdə rast gəlinir. Lakin görünür ki, qəfəsdə saxlanılan pandalar gələcək anaların xüsusi rejimdə saxlandığını görərək, eyni davranış nümayiş etdirir. Hamilə dişilər heyvanxanada kondisionerli volyerə aparılır. Orada onlara lazımı qayğı göstərilir. Bundan əlavə, hamilə dişi meyvə, bulka və bambukun böyük bir hissəsini alır. Hiyləgər pandalar isə bunu dərk edərək həyat səviyyəsini yaxşılaşdırmaq üçün yalana əl atır.

Ai Xin 2006-cı ildə Yaponiyada əkiz qardaşı ilə birgə dünyaya gəlib. O vaxtdan əkizlər bir çoxlarının diqqət mərkəzində olub.

Qeyd edək ki, hazırda dünyada 1600 panda vəhşi təbiətdə yaşayır. Onların əksəriyyəti Siçuan dağlarında yaşayır. Ümumilikdə, 300-ə yaxın panda isə zooparkda yaşayır. Bir çox yerlərdə pandalara yaxşı xidmət göstərilmir. Bu səbəbdən də qəfəsdə saxlanılan pandaların yalnız 34 faizi doğur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm