• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Apple” şirkətinin əməkdaşları nə qədər qazanır?

  • Maraqlı
  • 27 Avqust 2014 15:12
  • 518 Baxış
“Apple” şirkətinin əməkdaşları nə qədər qazanır?

Bizlərdən kim "Apple" şirkətində çalışmaq istəyir? Arzu olunan sahibkar, ən sevimli brend və digər kriteriyalar üzrə İT-korporasiyaların top birinciliyində tez-tez "Apple" şirkətinin adı çəkilir. Lakin nüfuzdan daha vacib olan qazancdır. Amerika şirkətlərinin bir çoxunda əməkdaşların nə qədər qazanması sirr saxlanılır.

Lakin "Apple" şirkətinin rəhbər və menecerlərinin qazancı məlumdur. Adi faktı nəzərinizə çatdıraq ki, baş direktor Tim Kuk toplanmış 75 milyon dollar dividendi götürməkdən imtina edib. Bu isə özlüyündə çox şeyi deyir. Bəs dünyanın ən bahalı şirkətinin adi əməkdaşları nə qədər qazanır?

"GlassDoor" analitik şirkəti "Apple" əməkdaşlarının orta aylıq əmək haqqının 8023 dollar olduğunu deyib. Statistikaya əsasən, "alma" korporasiyası dünyada ən çox əmək haqqı verən şirkətdir. Burada ən çox mühəndislər və məhsul dizaynerləri qazanır.

"Apple" əməkdaşlarının illik gəliri:

"Apple Store" şöbəsinin "Genius" mütəxəssisi - 41, 824 dollar

"Apple Store"un menecer köməkçisi - 51, 287 dollar

"Apple Store" şöbəsinin "Genius" rəhbəri - 52, 206 dollar

Müştərilərlə iş üzrə menecer - 74,457 dollar

Biznes-analitik - 85,865 dollar

Maliyyə analitiki - 89,728 dollar

Test aparan - 92,733 dollar

Sistemli mühəndis - 95, 713 dollar

Məlumatlar üzrə inzibatçı - 109,415 dollar

Proqram təminatı işçisi - 113, 577 dollar

Mühəndis-mexanik - 119,150 dollar

Məhsulun dizaynı üzrə mühəndis - 119,742 dollar

Sənaye dizayneri - 167,260 dollar

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR