Bilgi.az
Planetimizdə baş verən 10 qeyri-adi təbiət hadisəsi
Yer Kürəsi sirri açılmamış bir sıra təbiət hadisələri ilə zəngindir. Lakin bizə müəmmalı görünə bilən bəzi proseslərin mahiyyəti tədricən açılmaqdadır. Publika.az 10 nadir təbiət hadisəsini və onların sirrini təqdim edir.
- Çilidə canlı daşlar
Yolunuz Çili və Peruya düşsə, Pyura Chilensis adlı maraqlı bir daşa rast gələcəksiniz. Lakin onlar daşa bənzəsə də, əslində, canlı – bitkilərdir. Pyura Chilensis bitkidir və onu kəsərkən daşdan qan axmağa başlayır. Əslində, bu qədim dəniz orqanizmidir və "canlı qaya" adı ilə məşhurdur. Maraqlısı odur ki, bu canlıdan qida kimi də istifadə edilir.
- Linzaya bənzər buludlar
Linzavari buludlar çox nadir təbiət hadisəsidir. Bu buludlar iki hava təbəqəsi arasında yaranır. Çox vaxt bu bulud tipi UNO-a bənzədilir.
- Qırmızı xərçənglərin miqrasiyası
Milad adasında hər il 120 milyon xərçəng adanın bir ucundan o birinə doğru miqrasiya edir.
- Su altında halqalar
Yaponiya sahillərində aparılmış çəkiliş nəticəsində sualtında qəribə qum halqaları gözə dəyib. Sakit okeanın 24 metr dərinliyində yerləşən qum halqalar görənləri heyrətləndirib. Bu halqalar dimdikburun ailəsindən olan balaca balığın əməyidir. O dayanmadan gecə-gündüz həmin ərazidə üzməklə qum üzərində naxışlar yaradıb. Sinə üzgəci ilə balıq qum üzərində halqa və təpəciklər yaradır. Bunu adətən erkən balıq dişiləri cəlb etmək üçün edir. Təpələr və halqa nə qədər hündür olarsa, dişi o erkəyi seçəcək. Mayalandıqdan sonra dişi balıq halqanın ortasında kürü qoyur. Hündür təpəciklər isə cərəyanın balıq yumurtalarını yuyub aparmasına imkan vermir.
- Qara günəş
Danimarka bataqlığı üzərində günəş batan kimi milyonlarla sığırçın gecələmək üçün yer axtarır. Nəticədə, qara quşlar havada sinxron rəqs etməyə başlayır. Quş dəstəsi günəşin qarşısını almaqla "Qara günəş" effekti yaradır. - Barama kəndi
Pakistanda keçən il baş verən daşqından sonra hörümçəklərin yeganə sığınacaq yeri ağaclar olub. Bütün ağaclar hörümçək toru ilə əhatələndikdən sonra Sind kəndinə barama adı verilib.
- Ağ göyqurşağı
Adətən zəif dumanlı havada su damcılarının sayəsində ağ göy qurşağı və ya dumanlı göy qurşağı deyilən təbiət hadisəsi yaranır.
- Rəngbərəng evkalipt ağacı
Göy qurşağına oxşar evkalipt ağacının vətəni Avstraliyadır. Ağacın gövdəsi yaşından, qalınlığından və təbiət mövsümündən asılı olaraq rəngini dəyişir.
- Su burulğanları
Müxtəlif istiqamətli su burulğanları hətta qayığı da özü ilə suyun dibinə apara bilər.
- Buz düzümü
Müxtəlif bakteriya və sudan yaranmış bitkinin sayəsində maraqlı bir buz düzümü yaranır.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı