• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ərini öldürdü, arvadını qətlə yetirən kişiyə ərə getdi

  • Maraqlı
  • 27 Avqust 2014 18:05
  • 588 Baxış
Ərini öldürdü, arvadını qətlə yetirən kişiyə ərə getdi

ABŞ vətəndaşı Elis Aden cinayəti törətdikdən düz 40 il sonra ədalət məhkəməsi qarşısında cavab verib.

Uzun illər əvvəl qadın öz əri Ronald Xolçu qətlə yetirərək quyuya atıb. Sonradan o, iki dəfə ərə gedib. Hər dəfə də həyat yoldaşları qatil olub.

Əgər fermerlər təsadüfən Ronaldın cəsədini tapmasaydılar, cinayətin üstü açılmayacaqdı. Məhkəmədə Elis deyib ki, 1974-cü ildə kiçik qızını qorumaq məqsədilə ərini güllələyib. Amma məhkəmə andlıları buna inanmayıblar.

Araşdırma zamanı məlum olub ki, Elis qətli bilərəkdən törədib. Ərini yatdığı yerdə güllələyib ki, başqa kişiyə ərə getsin. Maraqlıdır ki, Elisin gələcək əri də öz arvadını güllələmişdi.

Bir müddətdən sonra Elis bu kişidən ayrılaraq başqasına ərə gedib. Bu kişi də arvadını, hətta uşaqlarını güllələmiş qatil olub.

Dünən məhkəmənin hökmü ilə Elis Aden ömürlük azadlıqdan məhrum edilib.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR