Məşhur geyim brendi soyqırım qurbanlarına geyim tikdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Məşhur geyim brendi soyqırım qurbanlarına geyim tikdi - FOTOLAR

"Zara" moda geyiminin mağazalar şəbəkəsi uşaqlar üçün Holokost qurbanlarının geyimini xatırladan sinəsində sarı 6 guşəli ulduz zolaqlı cemperin satışına başlayıb.

Cəmiyyətdə səs-küy yaradan geyim Türkiyədə istehsal olunub və İsrail, Misir, Danimarka, Albaniya və İsveçdə brendin onlayn mağazasında satılır. Altı guşəli sarı ulduzun üzərində Sheriff yazısı həkk edilib.

Alıcılardan biri Twitter səhifəsində yazıb:"Hitler "Zara"-da işə düzəlub". İnternet istifadəçilərindən biri isə cemperi "iyrənc və nasist" adlandırıb.

Çoxsaylı narazıçılıqlardan sonra məhsulun istehsalını ləğv edib və "şerif kostyumu" internet mağazalardan yoxa çıxıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm