Xoşagəlməz xatirələri necə silməli?
Bizi izləyin

Bilgi.az

Xoşagəlməz xatirələri necə silməli?

Yəqin, siz "Qara geyimli adamlar" filmini izləmisiniz? Filmdə qəhrəman xüsusi bir qurğunun köməyi ilə travmatik xatirələri silə bilir. İndi isə alimlər belə bir qurğunun icad edildiyini iddia edirlər.

Tezliklə ixtira ediləcək qurğu travma almış əsgərlərin yaddaşı və fobiyası olan insanların müalicəsi üçün istifadə edə biləcək. Yeni qurğu artıq siçanlar üzərində sınanıb və yaxşı nəticə verib.

Adını çəkdiyimiz filmdə qurğudan çıxan gur işıq sayəsində yaddaş silinir. İxtira edilmiş aparat da eyni ilə belə olacaq.

Məlum məsələdir ki, xoşagəlməz xatirələr 1 ildən sonra da öz təsirini göstərə bilər. Buna görə də alimlər travmatik xatirələrin silinməsi üçün qurğu icad etməli olublar.

Beyinin müəyyən hissəsinin fəallaşmasından asılı olaraq insanda qorxu, sevinc, həyəcan kimi hisslər oyana bilər. Tədqiqatçılar həm də pis yaddaşı silməklə gələcəkdə depressiya hallarına son qoya biləcəklərinə ümid edirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm