73 yaşlı qadın tanışlıq saytlarının ulduzuna çevrildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

73 yaşlı qadın tanışlıq saytlarının ulduzuna çevrildi – FOTOLAR

İngiltərənin Derbi şəhərindən olan 73 yaşlı Ceyn Peş öz gözəlliyi yolunda 16 min dollar xərc çəkib. Görünür, bu məbləğ bəhrəsini verib, çünki Ceyndən 50 yaş kiçik olan kişilər də onunla tanışlığa can atır. Bun isə onu göstərir ki, yaş, sadəcə, statistikadır.

Təqaüdçü 73 yaşlı Ceyn yaşıdlarının geyindiyi enli şalvar, trikotaj geyimdən imtina edir. O, gənclər kimi hündür daban ayaqqabı və torlu corablar geyinir. Önün yaşıdları evdə oturub corab toxuyub nəvələri ilə oynadığı halda, 3 uşaq anası Avropaya kosmetik əməliyyat keçirtmək üçün yollanır.

Qadın qırışlardan qorunmaq üçün hər iki aydan bir botoksa 480 dollar xərc çəkir. Ceyn illərin onu dəyişdiyini nəzərə alaraq, boyun dərisini də dartdırıb. Buna 6400 dollar pul ödəyib.

Üz və sinə dərisini çəkdirdikdən sonra Ceyn, nəhayət ki, xarici görkəmindən razı qalıb. Ceyn ərinin 3 il bundan qabaq öldüyünü nəzərə alaraq, çoxsaylı əməliyyatlardan sonra özünə cavan sevgili tapmaq üçün tanışlıq saytlarına müraciət edib.

Ceyn deyir: "İnsanlar mənim həqiqi yaşımın 73 olduğunu biləndə şoka düşürlər. Onlara elə gəlir ki, mən zarafat edirəm".

Öz sözlərinə görə, Ceyn özünü qoca hiss etmir və evdə uzun, enli paltarda oturub təsərrüfat işləri il ə məşğul olmağı qəbul etmir. Cavanlaşmaq üçün 16 min dollar xərc çəkən Ceyn deyir: "Mən həyatı boyu işləmişəm və pul yığmışam. Nəyə görə qazandığım pulları özümə xərcləməyim?".

Tanışlıq saytında isə 30-40 yaşlı kişilər onu görüşə dəvət edir. Hətta bir dəfə 26 yaşlı cavan oğlan da onunla görüşməyə cəhd edib. Kişilər Ceynə çox gənc göründüyündən qadın onlardan imtina etməli olub. O, sonradan tanışlıq saytında özünü 10 yaş cavan göstərib. Çünki tanışlıq saytının anketini dolduran zaman o, həqiqi yaşını qeyd etmişdi. Bundan sonra Ceynlə yalnız 80 yaşlı kişilər tanış olmaq istəyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm