Bilgi.az
Cadugər kişini diri-diri yandırdı-FOTO
Hindistanda tükürpədici bir hadisə baş verib.
Briyal Çopra 10 yaşlı oğlunu müalicə etmək üçün cadugərlərə müraciət edib. Nəticədə isə cadugərlər atanı vəhşiliklə qətlə yetirib.
Cadugərlər onun əllərini doğrayaraq kişini diri-diri yandırıblar. Bütün bunlar onun arvadı və oğlunun gözləri qarşısında baş verib. Onların verdiyi ifadəyə görə, cadugərlər kişiyə çoxsaylı bıçaq zərbələri endirərək, balta ilə onun əllərini doğrayblar. Sonradan kişinin üzərinə kerosin tökməklə onu diri-diri yandırıblar.
Yanan kişi qışqırdıqca cadugərlər bir az da ucadan mahnı oxuyaraq rəqs ediblər.
Hadisə Hindistanın Pradeş şəhərində baş verib. Qətlə yetirilən Brijal 10 yaşlı xəstə oğlu loğman-cadugər axtarışında olub. Sonda ailə falçı Parvatinin yanına gəlib. Parvati onu rəqib cadugər bilib və şagirdlərinə onu qətlə yetirməyi tapşırıb.
Brijalın arvadı polisə deyib: "Ərimi əhatəyə alaraq onu bıçaqlamağa başladılar. Ərim heç bir qüvvəyə, cadugərliyə malik olmadığını desə də, ona qulaq asmadılar. Onlar daha da qışqırırdılar, mahnı oxuyurdular və ucadan gülürdülər. Sonradan isə ərimin sehirli qüvvələrdən qurtulduğuna əmin olmaq üçün onu yandırmaq qərarına gəldilər. Onlar bunu mənim və 10 yaşlı oğlumun gözləri qarşısında etdilər".
Parvati və onun şagirdləri kişinin arvadını və oğlunu azad edib, lakin bu haqda kiməsə bir söz deyəcəyi təqdirdə, onları lənətləyəcəyini deyib. Ana-bala heç nəyə baxmadan dərhal polisə müraciət ediblər.
Həbs edilən Parvati və onun 6 şagirdi hazırda həbsxanadadır. Polis ərazidən balta, bıçaq və ekspertiza aparılması üçün külü müsadirə edib.
Dövlət statistikasına görə, Hindistanda 2013-cü ildə 160 cadugər qətlə yetirilib.
Nura
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO