Möcüzə adam: “Tısbağa qanı içərək yaşadım”
Bizi izləyin

Bilgi.az

Möcüzə adam: “Tısbağa qanı içərək yaşadım”

Möcüzə adam: “Tısbağa qanı içərək yaşadım”

Meksikadan Əl Salvadora balıq tutmaq üçün yola çıxan və bir il ərzində Sakit okeanda itən Jose Salvador Albaniaga tapılıb.

Albaniaganın ilk şəkilləri dünya mediasında öz yerini tutub. 2012-ci ilin dekabr ayında yaşı 15-18 olan balıqçı dostu ilə okeana açılan Albaniaga itəndən 3 və ya 4 həftə sonradostunun öldüyünü, özünün isə həyatda qalmaq üçün çiy balıq və qağayı əti yediyini bildirdi.

Yaşamaq üçün dəniz tısbağalarının qanını və öz idrarını içdiyini də açıqlayan Albaniaga, “Yaşayıram, yaşayıram və buna inana bilmirəm” deyib.

Dünyanın ən böyük okeanında sürünərkən tapılan və Marşall Adalarına gətirilən Sakit okeanın möcüzə adamı Albaniaga səfəri haqqında gələn suala “Səfərim haqqında çox şey xatırlamıram. Hər şey tək bir düşüncədə birləşdi: Dəniz və dəniz” cavabını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm