9 il ərzində cəmi 15 gün işləyən həkim
Bizi izləyin

Bilgi.az

9 il ərzində cəmi 15 gün işləyən həkim

İtaliyada həkim çalışdığı 9 il ərzində iş yerində yalnız 15 gün olub.

Tibb işçisi işdən qanuni yolla yayına bilib: bütün bu vaxtı o kursda, məzuniyyətdə və müalicədə olub. O, bununla da maaşının bütöv hissəsini alıb.

Siciliyadan olan həkim 2005-ci ildən etibarən Kataniyada işə düzəlib. Elə həmin gündən etibarən o, universitetdə kursa getməyə başlayıb. Kurs bitdikdən sonra 2008-ci il oktyabrın 31-də o, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətə gedib. Məzuniyyət 2009-cu ilin mayınadək davam edib.

Məzuniyyətdən qayıtdıqdan sonra həkim 15 gün xəstəxanada işləyib. Lakin o, 2009-cu ilin iyulunadək bülleten götürüb. Sağaldıqdan sonra siciliyalı, universitetdə daha bir tədris kursu keçib. Kurs bu ilin iyulunadək davam edib. İndi isə həkim 2016-cı ilin dekabrınadək davam edən doktor dərəcəsini qazanmağa hazırlaşır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm