Bu şəhərdə ən yayılmış ad Məhəmməddir
Bizi izləyin

Bilgi.az

Bu şəhərdə ən yayılmış ad Məhəmməddir

Ötən il Norveçin paytaxtı Osloda oğlanlara ən çox verilən adın Məhəmməd olduğu məlum olub.

Bu barədə Norveç Statistika Bürosunun apardığı araşdırmalar nəticəsində məlumat yayılıb.

Statistika Bürosunun açıqlamasında bildirilir ki, ötən 4 il ərzində də Məhəmməd peyğəmbərin adı Norveçdə valideynlərin övladlarına ən çox verdiyi adlardan biri olub.


Bildirilir ki, Osloda 4,8 min adam Məhəmməd adını daşıyır. İkinci yerdə Yan, üçüncü yerdə isə Per (Pyotr, Piyer, Piter) adları yer alıb. Belə ki, ötən il paytaxt Osloda 4667 nəfər oğlan uşağına Yan, 4155 nəfərə isə Per adı verilib.


2012-ci ildə isə Yan daha məşhur ad olub. Həmin il uşaqlara ən çox verilən adlar siyahısında Məhəmməd adı ikinci yerdə idi.


Qeyd edək ki, Norveçin əhalisinin sayı 5 milyondur. Onlardan cəmi 10,9%-i Allahın varlığına inanır. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm