• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pişiyi incidən şəxsi iki il həbs gözləyir

  • Maraqlı
  • 3 Fevral 2014 17:21
  • 562 Baxış
Pişiyi incidən şəxsi iki il həbs gözləyir

Pişiyi incidərək videosunu çəkən və bunu internetə qoyan fransalını iki il həbs gözləyir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin şəxs heyvanlarla sərt davranmaqda ittiham olunur. Xoşbəxtlikdən Oskar ləqəbli həmin pişik yaşayır. Ancaq heyvanın iki pəncəsi qırılıb.

Həmin amansız videonu artıq Youtube-dan siliblər. Görüntülər ötən həftə internet istifadəçilərinin qəzəbinə səbəb olmuşdu. Həmin şəxs pişiyi göyə atır, sonra tutaraq divara çırpırdı.

Videonu görən insanlar həmin şəxsin cəzalanmasını tələb ediblər. Bunun üçün yazılmış petisiyaya 40 min nəfər imza atıb.

İndi həmin şəxsi 2 il həbs gözləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR