Bilgi.az
Ancelina Colinin məxfi toyundan ilk foto yayıldı
Məxfi keçirilmiş toy mərasimindən xəbər tutan pərəstişkarlar bu xəbərə çox sevinərək səbirsizliklə fotoları gözləyiblər. Hamını toyda Coli və Pittin necə göründüyü və gəlinin necə geyindiyi maraqlandırıb.
Budur, axır ki, 39 yaşlı Ancelina Coli toy paltarında "People" jurnalının üz qabığını bəzəyib. Gəlinin geyimi "Atelier Versace" moda evinin ustası Luici Massi tərəfindən hazırlanıb. Maraqlıdır ki, Colinin duvaq və ətəyini dizaynerlə birgə cütlüyün övladları bəzəyib.
Medoks, Paks, Zahara, Vivyen, Şaylo və Noks analarının ipək şleyfini və bəzək əşyalarını öz rəsmləri ilə bəzəyiblər. Uşaqlar aktrisanın duvağında xırda insan, günəş, güllər çəkiblər.
50 yaşlı Bred Pitt isə toy geyimi haqda çox da düşünməyib. O, qarderobundakı köhnə kostyumlarından birini geyinib. Lakin toya gələrkən qalstukunun evdə qaldığını görüb. Bred heç narahatlıq keçirmədən qalstuku oğlundan borc alıb.
Nura
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!