Həyatınızı dəyişdirəcək davranışlar
Bizi izləyin

Bilgi.az

Həyatınızı dəyişdirəcək davranışlar

Hər gün 1 saat idmanla məşğul olun, mütəmadi olaraq tərəvəz yeyin, amma bu qədər ağır şərtlərin öhdəsindən gələ bilmirsinizsə, Tabloid.az-ın xarici mətbuata istinadən hazırladığı siyahını nəzərdən keçirin.

1.Altmış saniyə qəhqəhə çəkmək stress səviyyəsini azaldan endorfin hormonunu təmin edir və əzələləri rahatladır. Qəhqəhə həm də qan şəkərini də nizamlayır.

2.Təşəkkür edin. "Təşəkkür edirəm" sözləri həyatınızı dəyişə bilər. 1995-ci ildə aparılan bir araşdırmanın nəticələrə görə, minnnətdarlıq hissi immunitet sistemini gücləndirir.

3.Dərindən nəfəs alın. Doğru nəfəs almaq üçün yoqa ilə məşğul olmağa gərək yoxdur. Nəfəs məşqlərini hər yerdə edə bilərsiniz. Burnunuzdan nəfəs alın və ağzınızdan verin. Bu zaman çox rahat və sakit olduğunuzu ürəyinizdə təkrarlayın.

4.Üç dəqiqə bişirilmiş yumurta yeyin. Zülal mənbəyi olan yumurta B vitamini ilə zəngindir. Hər səhər yumurta yemək sağlamlıq üçün olduqca faydalıdır. Zülal dəyəri yüksək olduğu üçün uzun müddət tox saxlayır, həm də enerji verir.

5. Beş dəqiqə gəzin. Mütəxəssislər ancaq 5 dəqiqə gəzməyin metabolizmi yüngülləşdirdiyini söyləyir.

6. Pilləkən qalxıb-düşün. Çoxumuz oturaq iş həyatı yaşayırıq. Buna görə də bel və onurğada ağrılar, müxtəlif problemlərlə qarşılaşırıq. Hər gün pilləkən qalıb-düşmək ildə təqribən 2 kq çəki atmağa kömək edir.

7.Etiketləri oxuyun. Araşdırmalara görə alış-verişdə etiketləri oxuyan insanlar daha sağlam qidalanır. Hazır qidalar çox dadlı görünsə də, tərkibini bilmədən almayın.

8. Plan qurun. Çox məşğul olsanız da, sağlamlıqla bağlı problemlərini vaxtında həll edin. Zəng edib görüş təyin edin.

9.Naharı qablaşdırın. Evdə öz əllərinizlə hazırladığınız sendviç çox zaman aldığınız yeməklərdən daha sağlam ola bilər.

10. Yatın, əsnəməkdən utanmayın. Xüsusən də günorta yeməyindən sonra insanı yuxu tutur. İş yeriniz buna imkan verirsə, 10 dəqiqə yatın. 10 dəqiqəlik yuxu hafizəni təzələyir, yaradıcılıq qabiliyyətini artırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm