Bakıda UNO hamını qorxutdu
Bizi izləyin

Bilgi.az

Bakıda UNO hamını qorxutdu

Bakı səmasında uçan naməlum obyektlər görünüb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə istifadəçilər paytaxt səmasında 7 uçan obyekt gördüyünü yazıblar.

Onların sözlərinə görə, alçaqdan uçan obyektlər pilotsuz təyyarə və ya yad planetlilərin UNO-su kimi uçuş edib.

Yazılanlara inansaq, alçaqdan və səssiz uçan obyektlər üçbücaq formasında olub və parlaq işıq saçıblar.

Onların 5-nin buludlar arasında yox olduğu, başqa ikisinin havada partladığı da yazılır.

Bununla belə uçan obyektlərin görüntüləri sosial şəbəkədə yayılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm