Evinizdə ən çirkli əşyalar hansılardır?
Bizi izləyin

Bilgi.az

Evinizdə ən çirkli əşyalar hansılardır?

Evdə çirkli yer dedikdə çoxunun təsəvvürünə ayaqyolu gəlir.

Buna görə də bir çoxlarımız ayaqyolu və bu kimi natəmiz yerlərə toxunduqdan sonra əllərimizi təmiz yumağa çalışırıq. Lakin bu bakteriyalar evimizin hər bir küncündədir.

Publika.az evdə daha "təhlükəli" və bağırsaq qurduna yoluxma ehtimalı yarada bilən 5 əşya haqqında məlumat verir.

Mobil telefon

Telefon daim üzümüzə toxunan əşyadır. Britaniya alimlərinin bildirdiyinə görə, mobil telefonun üzərində olan bakteriyadan insanların bağırsaq qurduna yoluxma ehtimalı 16 faizdir. Digər bakteriyaların mövcudluğuna görə isə insanın qrip və qızılı stafilokoka yoluxma ehtimalı 90 faizdir. Mobil telefonu özümüzlə ictimai nəqliyyata, ayaqyoluna, ofis və bu kimi natəmiz yerlərə aparırıq.

Həll: Mobil telefonlar ən azı həftədə bir dəfə elektrik avadanlıqları üçün nəzərdə tutulmuş xüsusi salfetlə silinməlidir.

Qril üçün şəbəkə

Biz ayaqyolunu qril hazırlamaq üçün nəzərdə tutulan şəbəkədən daha çox təmizləyirik. 2013-cü ildə Böyük Britaniyada aparılmış tədqiqatın nəticələrinə görə, bu ev əşyasının hər kvadratsantimetrinin üzərində 300 min mikrob tapmaq mümkündür. İş ondan ibarətdir ki, qril və ya digər yemək növünü hazırlarkən onun qalıqları uzun müddət torun üzərində qalır.

Həll: şəbəkənin hər bir simini sabunla yuyub, ammiak tərkibli maye ilə sürtmək lazımdır. Bundan sonra onu kağızla qurudun.

Paltaryuyan maşın

Bütün gigiyenik tədbirlərə baxmayaraq, bakteriyalar sizin alt paltarınıza "yapışa" bilər. Alt paltarı hər dəfə paltaryuyan maşının barabanına atdıqda ona təxminən 500 milyon bağırsaq qurdu yapışır. Bundan əlavə, həkim Gerbin sözlərinə görə, paltaryuyan maşının ön hissələrində müəyyən qədər su və damcıları qalır. Natəmiz su isə mikrobların yayılmasına səbəb olur. Biz bu suda paltarlarımızı yuyuruq.

Həll: paltaryuyan maşından geyimlərin mikrobsuz və təmiz çıxması üçün xlorlu ağardıcıdan istifadə edin. Bundan əlavə, ayda bir dəfə yapışmış bakteriyaların məhv edilməsi üçün boş maşına ağardıcı töküb işə salın.

Diş fırçası

Hamam otağını hər dəfə yuduqdan sonra aerozol damcıları 6 metr uzağadək yayıla bilər. İndi isə hamam çanağının yanında yerləşdirdiyiniz diş fırçasını təsəvvürünüzə gətirin.

Həll: Diş fırçasını mümkün qədər unitaz və çanaqdan uzaq yerdə saxlayın. Xüsusilə də onu şkafa qoymağınız məsləhət görülür. Diş fırçasını qabyuyan maşında da yuya bilərsiniz. Diş fırçasının təmiz qalması üçün ən asan yol: diş fırçasını tərkibində antiseptik maddələr olan ağız təmizləyici mayenin içərisində 20 dəqiqə saxlayın.

Mətbəx süngəri

Bəlkə də, mətbəxdə ən natəmiz əşya mətbəx süngəridir. Süngər hər zaman nəm olduğundan, daim bakteriyalar üçün "yuvaya" çevrilir. Hər üç süngərdən birində stafilokokk bakteriyalarını tapmaq mümkündür. Süngərin hər kvadratmetrində 1,5 milyon bakteriya toplaşır. Burada çirklənmə ayaqyolundan 200 min dəfə çoxdur.

Həll: mikroblardan yaxa qurtarmaq üçün mətbəx süngərini 1 dəqiqəliyinə mikrodalğalı sobaya qoyun.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm