Qadın pələngə çevrildi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın pələngə çevrildi - FOTOLAR

ABŞ-ın 40 yaşlı Ostin şəhər sakini sözün əsl mənasında pələngə çevrilməkdədir. Qadın yırtıcı pişiyə oxşamaq üçün bədəninə döymələr vurdurmağa davam edir. Hazırda qadının bədəninin 90 faizi pələng döymələrinə bürünüb.

Texas ştatının Ostin şəhərində yaşayan Katsen Qobbs hələ balaca qızcığaz olarkən pələngə oxşamağı arzulayıb. Buna görə də onun bədəninin bütün nahiyələrində pələng dərisinin zolaqlarını görmək istəyib.

Qobbs deyir: "Mənim hələ 9 yaşım olanda pələng kimi zolaqlara bürünmək istəmişəm. Lakin anam 18 yaşımadək gözləməyi məsləhət gördü".

Katzenin 18 yaşı tamam olan kimi anasının belə razılığını almadan öz arzularını həyata keçirtməyə can atıb. O, bir neçə yerdə bədəninə pələng zolağı döydürmək üçün müraciət edib.

Qobbs döymələrin əksəriyyətini 18-28 yaş arası müddətdə etdirib. Qadın məqsədinə çatmaq üçün 227 müxtəlif rəssama müraciət edib. Onun sözlərinə görə, pələngə çevrilməyə can atdığından hətta ustadan bir dəfəyə 23 rəsm çəkməsini də istəyib. Hələ bu azmış kimi, Katsen 14 il müddətində üzünə plastik pişik bığları da qoydurub.

Katzen deyir: "Mən üzümə bığa oxşar pirsinq vurdurdum. Lakin bığlar daim diqqət mərkəzində olduğundan mənə mane olurdu". Süni bığlardan sonra onun üzündə çapıq yerləri hələ də qalmaqdadır.

Bədənin 90 faizini döymə ilə əhatə edən qadın bununla kifayətlənməyərək tatuların sayını artırmaq niyyətindədir. O, zolaqlı qadın olması ilə qürur duyur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm