Qadınlar güzgü qarşısında...
Bizi izləyin

Bilgi.az

Qadınlar güzgü qarşısında...

"Harris İnteractive"Amerika şirkəti hansı ölkənin qadınlarının daha çox güzgü qarşısında vaxt keçirdiyini araşdırıb. Beləliklə də, araşdırmalara görə, yaşı 18-40 olan Danimarka sakinləri qonaq getməzdən əvvəl, ən azı, 45 dəqiqə güzgü qarşısında dayanırlar.

Maraqlısı budur ki, Skandinaviya ölkəsinin təmsilçiləri Cənubi Avropa qadınları kimi makiyaj, hündürdaban ayaqqabı və təmtəraqlı geyimdən istifadə etməsələr də, güzgüyə baxmaqda birinci yerə çıxıblar. İş ondadır ki, skandinavlar təbii gözəlliyə önəm verdiklərindən elə güzgü qarşısında da makiyajsız görkəmlərinin yerində olub-olmadığını araşdırırlar.

Növbəti yerdə isə rus qadınları gəlib. Siyahıda ölkələr bu cürə paylaşılıb: "Britaniyalılar (44%), polyaklar (32%), almanlar (26%), ispanlar (25%), italyanlar (21%), türklər (21%) və fransızlar (13%).

İnternet vasitəsilə keçirilən sorğuda 4069 nəfər iştirak edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm