Sumqayıt bundan danışır - VİDEO
Bizi izləyin

Bilgi.az

Sumqayıt bundan danışır - VİDEO

Açarınız, telefonunuz ya da başqa bir əşyanız unitaza düşsə nə edərdiniz?

Sumqayıt sakini 57 yaşlı qadın unitaza düşən açarını çıxarmağa çalışarkən qolu sıxışıb köməksiz qalıb. Hadisə yerinə çağrılan xilasedicilər də heyrətə gəliblər. Çünki ilk dəfə belə bir hadisə ilə üzləşiblər. Bundan sonra maraqlı anlar yaşanıb.

Xilasedicilər ciddi səy göstərir, xüsusi alət və avadanlıqlarla qadını qolunu çıxarmağa çalışırlar. Onların vurub sındırmağa çalışdığı şey unitazdır.

Görüntülər ötən gün axşam saatlarında Sumqayıtda çəkilib. 26-cı məhəllədə bir yataqxanada yaşayan 57 yaşlı Abutel Bağırovanın qolu tualetdə unitaza sıxışıb. 112 qaynar xəttinə qadının köməksiz vəziyyətdə qalması barədə məlumat verilən kimi xilasedicilər hadisə yerinə gəlib.

Məlum olub ki, mənzildə tənha yaşayan Abutel Bağırova unitaza düşən ev açarlarını çıxararkən sol qolu sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qadını xilas etməyə başlayıblar.

Və bu proses düz 2 saat yarım çəkib. Xilasedicilərin çətin səyləri nəticəsində qadının qolu unitazdan çıxarılıb. Xilasedicilər ilk dəfə belə halla qarşılaşdıqşlarını qeyd ediblər.(xezerxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm