30 il günahsız həbsdə yatdılar - FOTO
Bizi izləyin

Bilgi.az

30 il günahsız həbsdə yatdılar - FOTO

ABŞ-da cinayət və təcavüzdə günahlandırılan iki ögey qardaş 30 il günahsız həbs həyatı yaşayıblar.


ABŞ-da zehni qabiliyyətində qüsur olan 50 yaşlı Anri Makkollum və 46 yaşlı Leon Braun adlarında iki ögey qardaş 1984-cü ildə Şimali Karolinada 11 yaşlı bir qıza təcavüz və öldürməkdə ittiham olunaraq həbs ediliblər.


Həbs edilərkən biri 15, digəri isə 19 yaşında olan qardaşların cinayəti törədib-törətməməsi ilə bağlı araşdırmalar hələ də davam edirmiş. Bu yaxınlarda məlum olub ki, öldürülən 11 yaşlı Sabrina adlı qızın üzərindəki DNT nümunəsi ilə hələ də həbsdə olan başqa bir məhkumun DNT-si uyğun gəlir.


Aparılan tədqiqatlar nəticəsində, qardaşların 30 il sonra günahsız olduğu, əsl qatilin isə 74 yaşlı Roskoe Artis adlı biri olduğu üzə çıxıb. Ömürlük həbsə məhkum olunmuş qardaşlar indi azadlıqda yaşamadıqları ömürə heyfsilənirlər. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm