• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Göz rəngi münasibətlərə necə təsir edir?

  • Maraqlı
  • 4 Sentyabr 2014 10:50
  • 1 477 Baxış
Göz rəngi münasibətlərə necə təsir edir?

İnsanlar haqda nəinki onların rəftar və davranışlarına, hətta üz cizgilərinə görə fikir yürütmək mümkündür.

Bura sıraya poza, jest, hərəkət, qamət, yeriş, geyim və hətta saç düzümü də daxildir. Lakin bunlardan əlavə, fizioqnomika deyilən elm sahəsi var. Fizioqnomika elmdən kənar metod kimi insanın keyfiyyətlərini öyrənir. Burada üz cizgiləri və ifadələri böyük rol oynayır. Bədənin, burnun forması, alının quruluşu, qırışların xarakteri insanın şəxsi keyfiyyətlərindən danışır. Gözlər isə fizioqnomikada daha önəmli rol oynayır. Əbəs yerə gözlərə qəlbin aynası demirlər.

Publika.az göz rənglərinə görə münasibətlərdə kimin daha sadiq və ya əksinə, xəyanətə meyilli olduğunu aydınlaşdırır.

Qara gözlər. Münasibətlərdə həddən artıq sevən və sözünün üstündə duran olur. Təşəbbüskardır, özünə məxsus olanı əldə etməyə can atır. Diqqət mərkəzində olmağı sevir.

Qonur gözlər. İmpulsiv və temperamentlidir. Tez aşiq olandır, lakin marağı tezliklə keçib gedir. Kimisə ömürlük sevə və nifrət edə bilər.

Açıq-şabalıdı. Münasibətlərdə etibarlıdır. Həssas, xəyalpərəst və utancaqdır.

Yaşıl gözlər. Yaşıl gözlü insanlar idealını tapmaq üçün çox vaxt sərf edirlər. Bu isə onların partnyorundan çox şey tələb etməsindən irəli gəlir. Qısası, onlar ehtirasla və ürəkdən sevirlər.

Boz gözlər. Bu göz rənginin təmsilçiləri nadir hallarda xəyanət edirlər.

Mavi gözlər. Xəyalpərəst və romantik insanlardır. Bundan əlavə, onlar göz yaşlarına az inanırlar.

Göy gözlər. Göy gözlərin sahibləri romantik, kifayət qədər hissiyyatlı və emosional olurlar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR