Bilgi.az
Dünyanın ən iri qollu qadını – FOTOLAR
Tailandlı Duanqjey Samaksamam dünyanın ən iri qollu insanıdır.
Onun qollarının çəkisi təxminən 94 kilodur. Həkimlər qadına çıxış yolu kimi onların kəsilməsini məsləhət görürlər. Qadın 50 ildir ki, ağrılı və nadir xəstəlikdən əziyyət çəkir. Tailandlı Duanqjey yeganə insandır ki, hər iki qolunda çiyindən barmağadək macrodystrophia lipomastosa xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nəticəsində insanın bir əl və ya ayaq barmaqlarında nəhəngləşmə gedir. Lakin Duanqjeydə isə nəhəngləşmə hər iki əldə gedib. Bu isə dünyada ilk haldır.
Adi hərəkətlər olan geyinmək, əl-üz yumaq və ya müxtəlif əşyalardan istifadə etmək onda kəskin ağrılar yaradır. O, 25 yaşında qollarındakı piylərdən azad olmaq üçün ilk əməliyyatını etdirib, lakin piy qatları bərpa olunaraq əvvəlkindən də ağır vəziyyətə düşüb. Həkimlər isə qadını ağrılardan birdəfəlik qurtarmaq üçün onun qollarını kəsməyi məsləhət bilirlər. Lakin qadın bunun qəti əleyhinədir.
Duanqjey inanır ki, onu müalicə edə bilən həkimə rast gələcək. Qadın artıq ağrılara öyrəşib, çünki o, 50 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. O, 20 il utandığından evdən çölə çıxmayıb, lakin sonradan valideynləri onu mağazada işləməyə yollayıblar.
Artıq dünyanın müxtəlif yerlərindən olan həkimlər Duanqjeyini tanıyırlar. Amma hələlik onun dərdinə çarə edən tapılmayıb.
Nura
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar