Ən pis sürücülər həkimlərdir
Bizi izləyin

Bilgi.az

Ən pis sürücülər həkimlərdir

Bütün həkimlər, xüsusilə də cərrahlar çox pis sürücülərdir. Belə ki, statistikaya əsasən, ən çox yolda qəza törədən məhz tibb işçiləri olub. Bu, sığorta şirkətlərinin apardığı araşdırmalar nəticəsində ortaya çıxıb. Ofis işçiləri ilə müqayisədə sığorta şirkətinə müraciət edən tibb işçilərinin sayı 100 dəfə çox olub.

Xarici mətbuatın verdiyi xəbərə görə, son 5 ildə 1000 cərrahdan 361 nəfəri sığorta şirkətinə müraciət edib. Maraqlısı budur ki, tibbin müxtəlif sahəsində çalışan işçilərin hamısı yol qəzaları törədirlər. Hətta ayrı-ayrı rayonların tibb bacıları, sahə üzrə tibb işçiləri, xəstəxanada işləyən məsləhətçilər də buraya aiddir. Mütəxəssislərin fikrincə, bu, tibb işçilərinin yaşadığı stress və yorğunluqdan irəli gəlir.

Xəstəxanada başqalarının həyatı üçün mübarizə aparan həkimlər yollarda öz həyatlarını da təhlükə altında qoyurlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm