Qısqanclıqdan sevgilisinin dodağını qopartdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qısqanclıqdan sevgilisinin dodağını qopartdı – FOTOLAR

İngiltərədə 23 yaşlı gənc oğlan 18 yaşlı sevgilisinin dodağını yerindən qopardıb.

Ris Kalli sevgilisi Şantel Uordla öpüş zamanı qızdan onu sevib-sevmədiyini soruşaraq, qızın üst dodağından dişləyib. 23 yaşlı oğlan qısqanclıq zəminində sevgilisinin dodağını yerindən çıxardıb. Ris işdə olarkən sevgilisi Şanteldən şübhələnib.

Cütlük 2 ildir ki, bir yerdədirlər. Oğlan sevgilisinin dodağını niyyətli şəkildə dişləmədiyini desə də, günahkar bilinib.

Hazırda həbsxanada saxlanılan Risin məhkəmə prosesi gələn ay baş tutacaq. Şantelin dediyinə görə, sevgilisi hadisə baş verən günü evdə onu izləyərək saçından tutub sürüyüb. Oğlan qızdan onu hələ də sevdiyini öyrənmək üçün dodağından yapışaraq dişləyib. Şantel qan içində xəstəxanaya çatdırılıb. Riş sevgilisi Şantelin "Facebook" sosial şəbəkəsində başqa bir oğlanla yazışmasından şübhələnib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm