İtin qarnından 43 corab çıxdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İtin qarnından 43 corab çıxdı – FOTOLAR

ABŞ-ın Oreqon ştatındakı heyvan hospitalında maraqlı bir hadisə baş verib. Xəstəxanaya 3 yaşlı xəstə it gətirilib. İt ürəkbulanma simptomu ilə xəstəxanaya çatdırılıb.

Qrit Deyn adlı iti rentgenlə müayinə etdikdən sonra baytar nə baş verdiyini müəyyən edib. Sən demə, 3 yaşlı it nə az, nə çox, 43 corab udub. Kənar əşyalar ev heyvanına son anda əziyyət verməyə başlayıb.

Aparılmış 2 saatlıq əməliyyatdan sonra itin mədəsindən 43 corab çıxarılıb. Əməliyyat olunan it xəstəxanada qaldıqdan sonra evə buraxılıb. Həkimlər ilk dəfədir belə hadisəylə rastlaşdıqlarını deyiblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm