Turistlərin can atdığı kənd – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Turistlərin can atdığı kənd – FOTOLAR

Avqustun sonunda Hollivud ulduzları Ancelina Coli və Bred Pitt Fransanın cənubunda yerləşən Korran (Correns) kəndində toy edib.

Toydan olan fotolar isə "Hello" və "People" jurnallarının üz qabığını bəzəyib. Şəkillərə görə mətbu orqan 2-7 milyon dollar ödəməli olub.

Otuz doqquz yaşlı Ancelina Coli və onun 50 yaşlı əri Bred Pitt qazandığı pulları Jolie/Pitt Foundation xeyriyyə fonduna keçiriblər.

Turizm portalı olan "TripAdvisor" bildirir ki, Ancelina Coli və Bred Pittin toy mərasiminin baş tutduğu kəndə turist axını artıb və bu yer turistlər arasında artıq hitə çevrilib.

Coli və Pit toy mərasimini Şato Miraval qalasında ediblər. Bu səbəbdən qala turistlərin diqqətini daha çox cəlb etməkdədir. "TripAdvisor" turizm portalının hesablamalarına görə, əraziyə turist axını 2013-cü illə müqayisədə 1161 faiz artıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm