Melanomaya daha çox təyyarə işçiləri yoluxur
Bizi izləyin

Bilgi.az

Melanomaya daha çox təyyarə işçiləri yoluxur

Aparılmış 19 tədqiqatı analiz edən həkimlər təyyarə işçiləri ilə bağlı pis bir xəbər veriblər.

Tədqiqatda 270 min insan iştirak edib. Bu dəfə onların diqqətində pilot və hava laynerinin digər üzvləri olub.

Tədqiqatlardan sonra məlum olub ki, hava nəqliyyatı ekipajları normal insanlarla müqayisədə ölümcül melanoma xəstəliyinə iki dəfə çox tutula bilərlər. Melanomaya həm də "xal xərçəngi" də deyilir. Daha çox pilotların dəri xərçənginə tutulma ehtimalı var. Normal insanla müqayisədə pilotun 2,22, ekipajın digər üzvlərinin isə 2,09 dəfə bu cür xəstələnmək riski var. Bundan əlavə, melanomadan ölüm əmsalı 1,83 dəfəyə bərabərdir.

Alimlər hesab edir ki, xəstəliyin səbəbi kosmik şüalanma və ultrabənövşəyi şüalar ola bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm