Qız paltaryuyan maşının içərisindən xilas edildi – FOTOLAR/ VİDEO
Bizi izləyin

Bilgi.az

Qız paltaryuyan maşının içərisindən xilas edildi – FOTOLAR/ VİDEO

Çinin Çjetszyan əyalətində yanğınsöndürənlər paltaryuyan maşında ilişib qalmış qızı xilas ediblər. Qız maraq üçün paltaryuyan maşının içinə daxil olaraq orada ilişib qalıb. Nəticədə, köməyə gələn xilasedicilər maşını iki hissəyə bölərək 15 dəqiqəyə qızı xilası edə biliblər.

Xilas edilən qız heç bir xəsarət almayıb və sağ-salamat anasına təhvil verilib. Uşaqların maraqdan paltaryuyan maşının içərisinə girməsi ilk hal deyil. ABŞ-da da buna oxşar hadisə baş verib və xəsarət alan qız hazırda xəstəxanada müalicə alır.

Keçən il isə Çində iki qız paltaryuyan maşınını işə salaraq içinə girərək qapısını bağlamışdılar. Nəticədə, 2 və 4 yaşlı bacılar həlak olmuşdu.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm