Ölümqabağı selfie şəkillər
Bizi izləyin

Bilgi.az

Ölümqabağı selfie şəkillər

Şəkillər bizə bir çox informasiya verə bilər.

Amma ölüm anına dəqiqələr qalmış fotolentə alınmış görüntülər dəhşət aşılayır.

Texnologiyanın inkişaf etdiyi dövrdə selfie çəkdirmək artıq məşhurdur. Lakin bəzən selfie çəkdirmək heç də uğurla bitmir.

Publika.az ölməzdən qabaq çəkilmiş selfielər təqdim edir.

1. Rusiyalı 17 yaşlı Ksenia İgnatyeva selfienin daha da effektli olması üçün 9 metrlik dəmiryol körpüsünə çıxıb. Hadisə bu ilin aprelində Sankt-Peterburqda baş verib. Təhlükəli selfieyə imza atan qızın ayağı büdrəyib, o, tarazlığını itirərək dəmir yolu relslərinin üzərinə düşüb. Məktəbli qız yıxılmamaq üçün elektrik məftilindən yapışıb və nəticədə qızı cərəyan vurub.

2. 2012-ci ilin dekabrında meksikalı pop ulduz Cenni Rivera şəxsi təyyarəsində qəzaya düşərək həlak olub. Cenni təyyarənin uçmasına az öncə sonuncu selfiesini çəkdirib.

3. 2014-cü il aprelin 26-da Kourtni Senford Şimali Karolina magistralında avtomobil sürərkən Farel Uilyamsın "Happy" mahnısı sədaları altında selfie şəkilini çəkdirib. Sükan arxasında oturan qız bununla da həyatının sonuncu şəklini çəkmiş olub. Belə ki, şəkilin çəkilməsindən bir neçə saniyə sonra qadın avtomobil qəzasında həlak olub.

4. Cadiael adlı puerto-rikolu reggi ifaçısı 2014-cü ilin mayında Nyu-Yorkda motosikl qəzasında ölməzdən əvvəl "Instagram" sosial şəbəkəsində sonuncu fotosunu yükləyib.

5. Qari Slok və anası 2014-cü il iyulun 17-də Amsterdamdan Malayziyaya uçurmuş. Ana və bala göyərtədə olarkən sonuncu xoşbəxt selfielərini çəkiblər. Şəkilin çəkilməsindən bir neçə saat sonra təyyarə Ukrayna səmasında raketlə vurulub.

6. Meksikalı Oskar Otero Aqilar 2014-cü il iyulunda "Facebook" səhifəsində silahla selfie şəklini paylaşmaq istəyib. Lakin silah həvəskarı təsadüfən tətiyə toxunaraq özünü güllələyib.

7. Bədbəxt hadisələr Meksikadan yan keçmir. 13 yaşlı Karen Hernandez Meksikanın Duranqo şəhərində yerləşən El Tunal çayının sahilində selfie çəkdirməyə çalışıb. Bədbəxtlikdən, qız çaya yıxılaraq boğulub.

8. Bu ilin martında isə İspaniyada 21 yaşlı oğlan hərəkətdə olan qatarın üzərinə çıxaraq selfie çəkdirməyə çalışıb. Lakin onun cəhdi bədbəxtliklə nəticələnib.

9. İranda isə avtomobil idarə edən iki qadın maşın sürə-sürə mahnı oxuyub, video çəkiblər. Qadınlar qəzaya düşsə də, sağ qala bilib və xəstəxanaya gedən yolda bir daha selfie çəkdiriblər.

10. Bu ilin avqustunda polyak əsilli cütlük Portuqaliyada qayanın üzərinə çıxaraq selfie çəkdirməyə cəhd edib. Lakin cütlük uşaqlarının gözü qarşısında qayadan yıxılaraq həlak olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm