Dünyanın heyran olduğu qadın: “Həm dindar, həm də manekenəm”-FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın heyran olduğu qadın: “Həm dindar, həm də manekenəm”-FOTOLAR

Coco Rocha – əlində siqaretlə, dini simvollarla və çılpaq şəkildə əsla görüntüsü olmayan 26 yaşlı maneken. Deyir ki, dindarlığı işindən əvvəl gəlir. Çünki o, "Yehovanın şahidi"dir. Elə buna görə də ilk öpdüyü kişi həyat yoldaşı Cames Konran olub. Və əlbəttə ki, həyatındakı son kişinin də onun olacağını deyir.

Son 10 ilin ən bəyənilən manekenlərindən biri, həm dindar, həm də bir-birindən fərqli pozalar verən kanadalı Caca Rocha Türkiyə mətbuatına verdiyi maraqlı müsahibəni Publika.az oxucularına təqdim edir:

- Xoşbəxt uşaq olmusunuz?

- Uşaqlığım barədə ilk deyə biləcəyim kəlmə budur - sərt keçib. Yəni çox çətin günlər yaşamışam. Valideynlərim hələ mən çox kiçik olanda boşandılar. İkisi də hava limanı şirkətində işləyirdi. Biri Torontoda, digəri isə Vancouverdə. Anam məni təyyarəyə mindirir, təhlükəsizlik kəmərimi bağlayıb göndərər, atamsa təyyarəni qarşılayır, təhlükəsizlik kəmərimi açar və məni evə aparardı. Məktəbə başlamamışdan qabaq, demək olar ki, həftədə iki dəfə ev dəyişdirirdim. Məktəbi bitirdikdən sonra daha çox anamla yaşamağa başladım.

- Hansına daha çox bənzəyirsiniz?

- Daha çox anamla yaşadığım üçün anam çox bənzəyirəm. Həyatımda tanıdığım ən güclü qadın idi. İstədikdən sonra əldə edə bilmədiyi heç bir şey yox idi. Anam daha sonra ailə həyatı qurmadı, amma məni ən gözəl şəkildə böyütdü. Atamın isə həyata zarafatla yanaşan xarakterini götürmüşəm. Bütün gün dayanmadan zarafat etməyin mənə atamdan keçib.

- Sizi necə kəşf etdilər?

- İrlandiyada rəqs müsabiqəsində oldu. Charles Stuart yanıma gələrək "Maneken olmaq istəyirsən?", - deyə sual verdi. Yanımdakı bütün rəfiqələrim otaqdan qaçdı. Mən də stolun altına gizləndim. Bizə görə, manikenlər çox gözəl qızlar idi və onlar mənim kimi arıq olmamalı idilər. Ancaq Charles Stuart zarafat etmirdi. Daha sonra bir neçə dəfə eyni sualla mənə müraciət etdi və mən də ilkin yoxlamalara qatıldım. 15 yaşımda Nyu-Yorka gedərək işə başladım. Artıq 10 ildir ki, o günlər arxada qalıb.

- "Manekenlik sənətdir" deyirsiniz. Bu sənətdən bizə bəhs edə bilərsiniz?

- Bir çoxları manekenləri lağa qoyur. Sanki biz geyinib, bəzənib, bir kənarda oturan və heç bir əziyyət çəkməyən pul qazanan robotlarıq. Amma mənə görə həqiqi manekenin görüntüsü sənə ilham verməlidir. Buna görə də manekenlik bir sənətdir. Çox gözəl sənət əsəri gördükdə onu necə alqışlayırıqsa, tribunadakı maneken də sizdə elə bir hiss yaratmalıdır. Poza vermək olduqca ciddi bir işdir. Gələn ay bu barədə yazdığım kitab işıq üzü görəcək. Həmin kitabda min fərqli pozada olan fotolarım da yayımlanacaq.

- 1000 çox iddialı rəqəmdir. Biri digərini təkrarlamayan pozaları necə tapdınız?

- Rəqs etmək mənə çox kömək etdi. Manekenliyə başlayan ili bir müddət Çində işlədim. Hər gün 50 səhifəlik kataloq üçün fotolar çəkdirirdim və fotoqraflar daima pozaları dəyişməyimi istəyirdilər. Nyu-Yorka qayıtdıqda da bu texniki bacarığımı davam etdirdim.

- Sosial şəbəkədə hər kəs ən yaxşı pozanı paylaşmağa çalışır. Məsləhətiniz?

- Sosial şəbəkə, sadəcə, bir əyləncə vasitəsidir. Orada gözəl görünmək vacib deyil. Çalışın əylənin. Əyləndiyiniz, təbəssüm etdiyiniz fotolar gözəl olacaq. Hər şeyə çox ciddi yanaşmayın.

- "Əvvəl xristianam, sonra maneken" deyirsiniz...

- Bəli, uşaqlıqdan bu yana "Yehovanın şahidi"yəm və belə də yaşayıram. "Əvvəl xristianam, sonra maneken" deyərək işimin dinimdən vacib olmadığını vurğulamaq istəyirəm. Hər şeydən əvvəl əsas olan mənim dinimdir.

- İlk öpüşdüyünüz kişi həm də həyat yoldaşınızdır. Necə tanış oldunuz?

- Nyu-Yorkda ortaq dostumuzun evində tanış olduq. İlk görüşdə eşqə qapılmadıq. Hətta mən o axşamı çox az xatırlayıram. Həyat yoldaşım da həmin gecə heç məni bəyənməyib. Daha sonra tez-tez qarşılaşmağa başladıq. Zaman keçdikcə əvvəlcə ən yaxın dostum, daha sonra isə həyat yoldaşım oldu.

- Sonsuz eşq inancını nəyə borclusunuz?

- Dostluğa və birlikdə əylənməyə. Bir-birimizdən heç bir şey gizlətmirik. Aramızda heç bir sirr yoxdur. Əlbəttə ki, mübahisə edirik, amma heç vaxt mövzunu həddindən çox uzatmırıq. Qısqanclıq zəhərinin qanımıza girməsinə də icazə vermirik. Həyat yoldaşım eyni zamanda mənim direktorumdur. Coco Rosha brendini o idarə edir. Bu tərəfdən baxsaq, biz bir tamın iki yarısıyıq.

Çevirdi: Dəniz Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm