• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Şok: Təyyarə böyüklüyündə dinozavr tapıldı

  • Maraqlı
  • 6 Sentyabr 2014 20:30
  • 655 Baxış
Şok: Təyyarə böyüklüyündə dinozavr tapıldı

Alimlər arxeoloji qazıntılar zamanı nəhəng dinozavr skeleti aşkar edib.

Axar.az xəbər verir ki, mütəxəssislərin yer üzünün ən böyük canlısı hesab etdiyi dinozavr təxminən sərnişin təyyarəsi böyüklüydə olub. Nəhəng varlığa "Dreadnoughts" adı verilib. Yaşadığı dövrdə 65 ton ağırlığa və 26 metr uzunluğa sahib olan bu nəhəng dinozavr Argentinanın cənubi Pataqonia bölgəsində 2005-ci ildən bəri davam edən qazıntılar zamanı ortaya çıxıb. Alimlərin hesablamalarına görə, nəhəng, 77 milyon il əvvəl yaşayıb. Ən maraqlı məqam isə bu dinozavrın hələ tam böyümədiyi haqda olan versiyadır.

Alimlərin fikrincə, tapılan dinozavrın qalıqları onun hələ tam formalaşmadığın göstərib. Qazıntılar zamanı sümüklərinin 70 faizi aşkar olunan dinozavr 80 milyon il əvvəlki "Cretaceous" dövrünün sonlarına doğru yer üzündə nəhəng ağacların artdığı dövrdə yaşayıb. Mütəxəssislər bu dinozavrın "Titanosaurs" adı verilən, ot yeyən dinozavrların törəməsi olduğu qənaətinə gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR