Göy üzündə UNO göründü (FOTO)
Bizi izləyin

Bilgi.az

Göy üzündə UNO göründü (FOTO)

Qərbi Qazaxıstan əhalisi göydə qeyri-adi cismin peyda olmasını görüblər.

ANS PRESS-in məlumatına görə, hadisə sentyabrın ikisindən üçünə keçən gecə saat 23:25 radələrində baş verib. İnsanlar göydə bir neçə işıq saçan obyekt görüblər. İlk öncə işıq saçan cisimlər sonradan sönərək yox olub.

Cisimlərdən biri uzun müddət uçub, lakin daha sonra o da sönərək naməlum şəkildə yoxa çıxıb.

Daha sonra məlum olub ki, Qazaxıstan əhalisi orbitdə vaxtı bitərək yerə düşən və Yerin atmosferinin üst qatında yanan süni peyklərdən birini görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm