Yuxuların fərqlı yozumu - Siyahı
Bizi izləyin

Bilgi.az

Yuxuların fərqlı yozumu - Siyahı

Fridrix Nitsşe həkimi Brauer ilə söhbətlərində tez-tez yuxu yozumlarından söz açardı. Nitsşe üçün gördüyü yuxuların mənası psixoloji ovqatına böyük təsir göstərirdi. Bəs sizdə necədir?

Axar.az oxucularına mütəxəssislərin bəzi yuxu yozumlarını təqdim edir:

Yıxılmaq

Mütəxəssislər yuxuda yıxılmağı təhtəlşüurun qırmızı siqnal verməsi ilə əlaqələndirirlər. Xüsusilə belə qəbul edilir ki, yuxuda yıxılmaq iş yerində, şəxsi münasibətlərinizdə və ya həyatınızın hər hansısa önəmli nöqtəsində sıxıntı yaşayacağınız anlamına gəlir. Yuxuda yıxılmaq heç də yaxşı əlamət deyil.

Dişin düşməsi

Əslində yuxuda dişin düşməsi ilə bağlı konkret bir yozum yoxdu. Dişi güc və güvənin rəmzi kimi qəbul edən mütəxəssislərin fikrincə, yuxuda dişin düşməsi güc və güvənin itirilməsi deməkdir. Həmçinin, yuxuda diş düşməsi bir münasibətin bitməsi ilə də əlaqələndirirlər.

Freydin fikirlərinə əsaslanan bir çox mütəxəsssis isə hesab edir ki, dişi düşən qadındırsa bu onun uşaq sahibi olacağı anlamına gəlir. Kişilərdə isə bir qadına qarşı kəskin istək yaranacağı kimi yozulur.

İmtahana girmək

Bu tip yuxular əsasən təbiətcə narahat insanlara məxsusdur. Bu yuxu insanı hər an ehtiyatlı olmalı olduğunu xatırladır. Mütəxəssislərə görə, xüsusilə yetkin insanlarda iş həyatındakı basqıların nəticəsi olaraq belə yuxular görülməsi mümkündür.

Ölmək

Çoxu yuxuda ölməyi ömrün uzun olacağı kimi yozur. Ancaq mütəxəssislərin fikrincə, yuxuda ölmək insanın həyatında bitirmək istədiyi bir münasibətin, iş və ya planın olduğunun göstəricisidir.

Həmçinin, yuxuda ölmək insanın yeni münasibət, məşğuliyyət və iş quracağı, özü üçün yeni səhvə açacağı anlamına gəlir.

Bir məşhurla tanış olmaq

Yuxuda bir məşhurla tanış olmaq həmin insanın o məşhura bənzəmək və ya onun qabiliyyətlərinə sahib olmaq istədiyini göstərir. Həmçinin həmin insanın başqaları tərəfindən tanınmaq istəyinin və buna qabiliyyətinin olduğunun da göstəricisidir.

Təqib edilmək

Yuxuda təqib edilmək heç də pis tərəfə yozulmur. Əksinə, həmin insanın uzun müddətdir onu narahat edən bir problemim həll edilməsi üçün özündə güc tapacağı anlamına gəlir. Araşdırmalara görə, qadınlar belə yuxuları kişilərdən daha çox görürlər.

Aldadan sevgili

Mütəxəsislərin fikrincə belə yuxular adətən sevgililərin və ya evli cütlüklərin hansısa səbəbdən ayrı qalması, hansısa iş ə vaxt ayırması nəticəsində görülən yuxulardır. Bu heç də sevgili və ya həyat yoldaşınızın sizi aldatdığı anlamına gəlmir. Ancaq davamlı olaraq belə yuxular görməyiniz sevgilinizlə aranızda güvənsizlik yarandığını və ya yaranacağı kimi yozulur.

Gecikmək

Yuxuda gecikmək həmin insanın həddindən artıq çox iş gördüyü, yorulduğu mənasına gəlir. Bu yuxu əslində bir xəbərdarlıqdır. Mütəxəssislərin fikrincə, bu yuxu sizə tuta bilməyəcəyiniz sözləri verməməli olduğunuzu xatırladır.

Uçmaq

Yuxuda uçmaq insanın öz həyatını axarına buraxması mənasına gəlir. Yuxu onu göstərir ki, həyatınız sizin nəzarətinizdən çıxacaq. Və sizing nəzarətiniz olmadan baş verən hadisələrlə qarşılaşacaqsınız.

Hamilə qalmaq

Yuxuda hamilə qalmaqla bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri hesab edir ki, yuxuda hamilə qalan insanın həyatında problemlər yaşayacağı anlamına gəlir.

Bəzi mütəxəssislərin fikrincə isə, yuxuda hamilə qalmaq həmin şəxsin ağlına yeni fikirlərin, yaradıcı projelərin gəldiyini göstərir.

Nəzarətinizdən çıxmış maşını sürmək

Bu həmin şəxsin həyatının hər hansısa hissəsini lazımi qədər nəzarət etmədiyi və həyatının bir hissəsinin nəzarətdən çıxması deməkdir. Həmçinin, bu həmin şəxsin özünə aid olan bir çox məsələlərdə söz sahibi ola bilmədiyinin göstəricisidir.

Bundan başqa, bu yuxu sizin bir çox pis vərdişlərinizin davam etməsi səbəbindən yeni problemlər yaşayacağınız anlamına gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm