“Məşhur ixtiralar” – Dünyanı dəyişən cihazın - televizorun kəşfi - MARAQLI
Bizi izləyin

Bilgi.az

“Məşhur ixtiralar” – Dünyanı dəyişən cihazın - televizorun kəşfi - MARAQLI

Modern.az saytı"Məşhur ixtiralar"rubrikasında ötən əsrin 20-ci illərində kəşf olunan, bəşəriyyəti demək olar ki yeni biçimdə tarazlayan, dəyişən televizor cihazının ixtirası haqqında danışacaq:

Televizorun eyni vaxtda paralel olaraq bir neçə ölkədə aparılan axtarışlar nəticəsində ərsəyə gələn bir ixtiradır. Ancaq ingilis alimi Con Loqie Bairdin bu sahjədə gördüyü iş daha əhəmiyyətli sayılır. Belə ki, sonradan dünyanı dəyişən cihaza "televiser" adını da məhz Baird verib.

1898-ci ildə anadan olan Baird lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdırır və Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evə sahib olur. 12 yaşında olarkən isə evdə balaca bir "telefon stansiyası" yaradaraq dostlarıyla telefonla danışa bilirdi.

Baird gənclik yaşanı çatanda televiziya ilə bağlı aparılan araşdırmalardan xəbərdar idi və gecə-gündüz bu sahədə çalışırdı.

1925-ci ildə o, bəşəriyyətə yeni bir düzən gətirəcək cihazı nəhayət ki, səhv kəşf edə bilir: Biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə "tikib", içərisinə avadanlığını yerləşdirir və uzaq məsafəyə ötürülən sifət görünüşünü "tutmağı" bacarır. 25 iyun 1925-ci ildə isə kəşfini patentləşdirir.

Baird sehirli qutuya "televisor" (tele – yunanca "uzaq", visio – latınca "gör") adını verir

1928-ci ilin yanvarında Krallıq İnstitutunda ixtirasını təqdim edən Baird bir il sonra ilk televiziya stansiyasını qurur. 1929-cu ildən başlayaraq, BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Qısa müddətdən sonra isə televiziya bütün dünyaya yayıldı.

Olimpiya oyununun televiziya ilə yayımı isə ilk dəfə 1936-cı ildə baş tutdu: Hitler Almaniyasında təşkil olunan idman yarışını televiziya ilə qitələrə ötürdülər…

Baird 1946-cı ildə vəfat edir. Onun vəfatından sonra televiziyanın elektromaqnit sistemi Taylor Farnvos tərəfindən dəyişdirilir. Farnosun bu kəşfi televiziyanı Baird mexanikliyindən xilas etdi. Bu icadın patentini isə alim yalnız 1930-cu ildə ala bilir.

Onun kəşfində ekranlarda görünüş meydana gətirmə sistemi yüz minlərlə lampanın bir araya gətirilməsi şəklində tərif edilə bilər. Bu günki televizorlar da prinsip etibarilə bu mexanizm ilə fəaliyyət göstərir. Bugünkü CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlmişdir. Bunlara piksel adı verilər. Piksel hər biri ayrı şəkildə aydınlaşdığında və hər biri fərqli rəng meydana gətirə, piksel müəyyən bir nizamda yanması görünüş meydana gəlməsinin qaynağıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm