Dünya gözəlləri “Xəzər adaları”nda - Foto
Bizi izləyin

Bilgi.az

Dünya gözəlləri “Xəzər adaları”nda - Foto

"Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dünya gözəlini müəllifi olduğu "Khazar Island"da ("Xəzər adaları") istirahət etməyə dəvət edib.

Musavat.com xəbər verir ki, avqustun 30-də dünyanın 125 ölkəsindən gələn gözəlin iştirakı ilə konsert proqramı da təşkil olundu. Konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsindən tanınmış ifaçıların çıxış etdi. "Khazar Island" gözəllik yarışmasına da sponsorluq edir.

Ona görə də dünyanın 125 gözəli "Khazar Island"da istirahət edirlər, buranın çimərliyindən istifadə edirlər. "Khazar Island"da təkcə onları deyil, həm də tanınmış müğənniləri görə bilərsiniz. Avqustun 21-dən etibarən çimərlik mövsümü bitənədək "Khazar Island"ın çimərliyindən istifadə pulsuzdur. "Cristal Hall" zalında olacaq konsert 10 min adamın iştirakı ilə keçiriləcək.

Yarışmaya hazırlıq bu gün də davam edib. Əməkdaşımız hazırlıqların gedişatını izləmək üçün "Xəzər adaları"nda olub.

Həmin hazırlıqlardan olan fotoları sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm