Dəhşətli zarafat bütün rekordları alt-üst etdi (VİDEO)
Bizi izləyin

Bilgi.az

Dəhşətli zarafat bütün rekordları alt-üst etdi (VİDEO)

Virtual dünyada yayılan və məruz qalanlara dəhşətli anlar yaşadan zarafat izləyici rekpordu qırır.

ANS PRESS-in xəbərinə görə, tarantula (böyük hörümçək) kimi geyindirilmiş Çika adlı it qəfildən insanların qarşısına çıxarılıb və onların göstərdiyi reaksiya videoya çəkilib.

"Tarantula-itin" görünüşü o qədər dəhşətli olub ki, onu görənlər bir an tərəddüt etmədən qışqıraraq qaçmağa başlayıblar.

"You-Tube" video paylaşımı portalında "SA Wardega" adlı kanala sentyabrın 4-də yüklənən video bu ana qədər 47 milyondan çox izlənib.

Bu dəhşətli zarafata məruz qalanların aqibəti barədə isə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm